Korona idmanımızı məhv etdi?!

Korona idmanımızı məhv etdi?!
 

Yadınızdadırsa, Azərbaycanda keçirilən Birinci yay Avropo Oyunları ərəfəsində, hər kəs ölkəmizin dünyada bir idman ölkəsi, idmançılarımızın isə xaruqələr yarada biləcəklərindən danışırdı. İnsafən idmançılarımız da onda pis çıxış etmədilər. Ancaq hazırda Yaponiyada keçirilər Yay Olimpia oyunlarında idmançılarımızın səsi-sorağı gəlmir. Ən yaxşı halda gümüş və bürünc medal qazana biliblər.

Müstəqilliyimizin ilk illərində idmançılarımızın hazırlanması üçün demək olar ki, normal şəraitin olmadığı halda, onlar daha yaxşı çıxış edirdilər, nəinki indi. Bu gün Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Lakin nədənsə, idmançılarımız bu şəraitdinə istifadə edib, yüksək nəticələrə sahib ola bilmirlər. Bunun səbəbi nədir?

Əslində, bu suala idman mütəxəssisləri cavab verməlidirlər. Vermirlər. Bir, iki idmançı isə deyir ki, pandemiya səbəbindən normal hazırlaşa bilməyiblar. Yalan deyir. Pandemiya təkcə Azərbaycanda olmayıb ki, ən çox medal qazanan ABŞ, Rusiya,Yaponiyada da pandemiyya olub. Bizdən də dəhşətli və sərt şəkildə.

Mənə belə gəlir ki, əslində, bütün bunlar bəhanədir. Azərbaycan idmanının tənəzzülə uğramasının əsas səbəblərindən biri, cəmiyyətimizin bütün sahələrində oladuğu kimi idmanda da, yerlibazlığın, qohumbazlığın, tanışlıq və dostluq münasibətlərinin əndazəni aşmasıdır. Bu tendensiya idmanın bütün növlərində özünü göstərir. Bir çox gənc, yeniyetmə perspektivli idmançılar tanıyıram ki, məhz bu səbəbdən idmanı atıblar. İdman elə bir şeydir ki, onu zorla kiminsə beyninə yeritmək mümkün deyil. Hər hansı bir insan müəyyən bir idman növünə maraq göstərir və orada uğur qazana bilir. Bu gün isə bəzi valideyinlər idmana uşağının gələcək karyerası üçün bir tramplin kimi baxırlar. Bunu valideynilərin uşaqlara aşılamağa çalışdıqlarının dəfələrlə şahidi olmuşam. Məsələn, uşaq şahmat oynamaq istəyir, valideyinləri qoymur ki, yox, sən güləşçi olmalısan, yaxud da, tam əksinə. Bu cür yanaşma yeniyetmənin idmana münasibətini tam olaraq dəyişir.

Digər bir məqam, insanların idmana gəlir mənbəyi kimi baxmasıdır. Buna görə də, uşağın imkanı, gücü çatdı-çatmadı onu müxtəlif yollarla beynəlxalq turnirlərə və yarışlara salırlar, son nəticə də belə alınır. Həmin imkan və gücü çatmayan idmançının sıxışdırdığı, həmin yarış və turnirlərdən kənarda saxlanılan idmançı da, bu haqsızlığa etiraz edərək ya idmanı atır, yaxud da ölkədən baş alıb gedir, başqa bir dövlətin bayrağı altında çıxış edir. Belə faktlar istənilən qədər var. Bu idman sahəsində çalışanlar üçün də sirr deyil. Amma heç kim, nədənsə bunları dilə gətirmir. Koronanı ittiham etmək, ən asan yoldur. Amma yaranmış situasiyadan çıxış yolu deyil. Bu barədə düşünün bəylər, düşünün!

Yusif Seyid

0.039166927337646