Rusiya öhdəliklərini reallaşdırmaqdan boyun qaçırır?

Rusiya öhdəliklərini reallaşdırmaqdan boyun qaçırır?
 

Zərdüşt Əlizadə: "Rusiya bacardığı hər şeyi edir ki, münaqişə tam həll edilməsin, sonsuzluğa qədər uzansın"

Stanislav Zas: "Sərhəddəki qarşıdurma regional təhlükəsizliyin qurulması, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin əldə etdiyi razılaşmanın reallaşmasını mürəkkəbləşdirir"

Paralel.az xəbər verir ki, Ermənistan və Rusiya müdafiə nazirlərinin görüşü də Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginliyi azalda bilmədi. Sərhəddə hər gün atəşkəs rejimi pozulur, tərəflər isə atəşkəsin pozulmasında bir-birini günahlandırır.

Bu gün isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhəddində baş verən gərginliklə bağlı öz narahatlığını belə ifadə edib: "Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib".

Onun sözlərinə görə, sərhəddəki qarşıdurma regional təhlükəsizliyin qurulması, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin əldə etdiyi razılaşmanın reallaşmasını mürəkkəbləşdirir.

S.Zasın bəyanatının son ifadələrində belə bir kolarit hiss edilir ki, Rusiy 10 noyabır bəyannaməsinin icra edilməmiş hissəsindən öz çiynini çəkmək istəyir. Yəni bu mesaj onu çatdırır ki, siz atəşkəs rejiminə əməl etmədiyinizə görə Rusiya əldə edilmiş razılaşmanın icra olunmasında çətinliklə rastlaşıb, məsələ mürəkkəbləşir.

Vəziyyəti qiymətləndirmək üçün politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. Politoloq bildirdi ki, 10 noyabır bəyannaməsi, sülhməramlıların Qarabağa yerləşdirilməsi, ardınca da sülhməramlı missiya həyata keçirilən ərazinin silahsızlaşdırılmaması və s. bunlar hamısı Rusiyanın bölgədə varlığına hesablanmış addımlardır: "Rusiyanın məqsədi ondan ibarətdir ki, bölgədə münaqişə davam etsin, sülh sajişi bağlanmasın. Ona görə də Rusiya çalışır ki, münaqişə davam etsin, xalqlar barışmasın ki, onlar Moskvaya möhtac olsunqlar, təhlükəsizliyi təmin etmək üçün rus qoşunlarını bölgəyə dəvət etsinlər, necə ki, Ermənistan artıq dəvət edir. Bu siyasət Ermənistan və Azərbaycan rəhbərlərinin davranışları vasitəsi ilə həyata keçirilir - Ermənistan Azərbaycanın, Azərbaycan isə Ermənistanın üstünə yeriyir. Azərbaycan Ermənistanı müharibə ilə hədələyir, rəsmi İravan isə "layiqli cavabla" bizi hədələyir. Bütün bunlar yalnız Rusiyanın işinə yarayır. ABŞ və Fransa da mesaj verir ki, münaqişənin həllində iştirak üçün (həlli üçün yox!-red. A.N) biz də maraqlıyıq. Bu şəkildə Beynəlxalq oyun davam edir.

Dünən də Xankəndiyə Laçın dəhlizindən keçməklə Ermənistanın bir hərbi hissəsi köçruldu. Ruslar ermənilərə deyir ki, biz burdayıq, sizi Azərbaycandan qoruyuruq, Azərbaycana isə deyir ki, biz müharibənin başlanmasına imkan vermirik: "Müharibə başlasa Qərb və ABŞ "Artsax"ın müstəqilliyini tanıya bilər ki, onda Azərbaycan "pat" vəziyyətində qala bilər". Yəni Rusiya bacardığı hər şeyi edir ki, münaqişə tam həll edilməsin, sonsuzluğu qədər uzansın".

Akif Nəsirli

 
0.074003934860229