Paralel.az xəbər verir ki, sosial şəbəkələrdə Suraxanı rayonunun İcra Hakimiyyəti başçısı Əziz Əzizovun şəhid ailəsinə yaxşılıq əvəzinə yamanlıq etməsi müzakirə mövzusuna çevrilib və başı boş başçının hərəkətləri haqlı qınağa tuş gəlib. Bildirilir ki, rayonun Zığ kəndindən olan şəhid Samir Əliyevin ad günü münasibətilə təşkil olunmuş tədbirə qatılan, özlüyündə guya şəhid ailəsinə mənəvi dəstəyini nümayiş etdirmək istəyən icra başçısı tədbirə özüylə üstünə şəhidin şəkili həkk olunmuş tort gətirib.
Bəlkə də başçı eləcə tortu ortaya qoyub kənara çəkilsəydi belə rəzillik yaşanmazdı. Amma yox, axı o, başçıdır, hamı görməlidir ki, şəhid anasına necə qayğı göstərir. Anaya bıçaq verilir və oğlunun şəkili olan tortu bıçaqla kəsməsi istənilir. Təsəvvür edirsiniz bu mənzərəni və ananın o an keçirdiyi hisləri? Sanki ana əliylə oğlunun köksünə bıçaq sancır, oğlunu düşmən erməni yox, ana özü öldürür.
Və dəhşət bundadır ki, bu təklifi verən şəxs böyük bir rayona rəhbərlik edir.
Əziz Əzizovun gənc vaxtlarında harada, hansı sahədə ( ofsiantmı, mühafizəçimi, çobanmı, baytarmı, mehtərmi) işləməsindən məlumatsızam, heç araşdırmağa da lüzum görmürəm. Amma bilirəm ki, bu adam elə bu baş və əxlaqla uzun illər Cəlilabadda çoxlarını ağlar qoyub, zülm edib, daha sonra Yasamalda satmadığı ərazi qalmadı.
Çox maraqlıdır, bu Əziz müəllim kimin əzizidir ki,əlifba sırasıyla rayonlara rəhbər şəxs təyin olunur? Axı bu adamın qanacağı bugün ortaya qoyduğu davranışla bir daha təsdiqlənmiş olur.
Səma