Erməni analitik: “Bu məsələ müzakirə mövzusudur və proses uzun müddət davam edəcək”

 

 

 

Erməni analitik: “Bu məsələ müzakirə mövzusudur və proses uzun müddət davam edəcək”   
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı sovet dövründə əhəmiyyətli ərazilərin rəsmi şəkildə Azərbaycana verildiyindən bəhs edib. Mətbuat bunun Ermənistan sakinləri üçün həyati əhəmiyyət kəsb etdiyini də qeyd edib.

Erməni mətbuatı yazıb ki, Ermənistanın Sovet İttifaqının Azərbaycanla son sərhədlərini tanıması sərhəd bölgəsi sakinlərinin maraqlarına ciddi zərbə vura bilər. Onların təbirincə, “İrəvan sadəcə, buna gedə bilməz”. Bu fikri Orbeli Mərkəzinin analitiki Taron Ovannisyan “Sputnik-Ermənistan”a müsahibəsində bildirib.

Qeyd edilib ki, baş nazir Nikol Paşinyan əvvəllər sərhəd məsələsinin Ermənistan hakimiyyətinin gündəmində olduğunu bildirib. Baş nazir bu prosesi “öz ölkəsinin ətrafında hasar” çəkilməsi ilə müqayisə edərək, “suveren Ermənistan ərazisində Azərbaycan qoşunlarının olması şəraitində bu planların həyata keçirilməsinin qəbuledilməz olduğunu” deyib.

T.Ovannisyan daha sonra belə deyib: “Azərbaycan sərhədinin Dağlıq Qarabağın Kəlbəcər və ya Laçın bölgəsindən keçdiyini (indi Azərbaycanın nəzarətindədir) tanıyırıqsa, onda DQR-in tanınması məsələsi onsuz da sıradan çıxmır, ancaq biz keçmiş DQMV-nin ərazisini nəzərdən keçiririk. Yəni formal olaraq sərhəd oradan keçə bilər və bir kilometrdən sonra - tanınarsa, müstəqil Qarabağın ərazisidir. Məsələni daha geniş şəkildə nəzərdən keçirsək, bəli, burada Qarabağ məsələsi var”.

Məlumatda daha sonra qeyd edilib ki, hər şey verilən nümunə ilə məhdudlaşmır: “Məsələn, 1929 -cu ilə qədər Sovet Ermənistanının tərkibində olan Mets Al və Pokr Al (indi də Azərbaycanın nəzarətindədir) gölləri var. Eyni şey Cermuk və Vardenisə bitişik ərazilərə də aiddir. Sisian bölgəsində (ən dar hissəsində) Ermənistan ərazisi 27-28 km-ə çatır, ancaq XX əsrin 30-cu illərinin sənədlərinə baxsanız, 17 km daha geniş idi. Ancaq bəzi rəsmi bəhanələrlə bu ərazilər Sovet Azərbaycanına verildi”.

Ovannisyan daha sonra deyib ki, Bakı çox irəli gedərək Ermənistandan daha çox şey qoparmağa çalışıb. Ekspertə görə, bütün bu nüansları və şərtləri nəzərə alaraq, son sovet sərhədləri boyunca demarkasiya aparmaq və həyata keçirmək sadəcə, mümkün deyil: “Bütün bu məsələlər müzakirə mövzusudur və bu proses uzun müddət davam edəcək. Bakının indiki davranışına gəlincə, bu, Ermənistanı istənilən rıçaqlardan məhrum etmək, tələsik bir qərara məcbur etmək məqsədi daşıyır ki, bu da yalnız Azərbaycan üçün faydalı ola bilər”.

Məlumata görə, hazırkı təmas xəttində Ermənistanın ərazisi çox həssasdır, bir çox kənd və şəhər sakinlərinin sadəcə, minimum yaşayış şəraiti təmin edəcək qədər torpaqları yoxdur. Erməni mətbuatının gəldiyi qənaət budur ki, beləliklə, Ermənistan qısa müddətdə demarkasiya apara bilməz.

Nigar

0.033101081848145