Maaşları verilməyən inşaat şirkətinin işçiləri yolu bağladı

 

 

Maaşları verilməyən inşaat şirkətinin işçiləri yolu bağladı  
 

Paralel.az xəbər verir ki, avqustun 9-da "Çaraqayt" tikinti təşkilatının işçiləri Ermənistanın Lori bölgəsinin beynəlxalq "M6" yolunu bağlayaraq, uzun müddətdir maaş verməyən tikinti şirkətinə etiraz ediblər.

"NEWS.am"-ın müxbiri ilə söhbəti zamanı müvəqqəti iş icraçısı Tumanyan Mxitar Zakaryan yolun qısa müddətdə açıldığını söyləyib: “Son 8 ay ərzində işçilərə maaş verilməyib, söhbət 50-60 nəfərdən gedir. O səbəbdən də bu gün günorta saatlarında yolu bağladılar, 10-15 dəqiqədən sonra isə polislə və mənimlə söhbət əsnasında yolun açılmasına razılaşdıq. İndi biz bu məsələ ilə məşğuluq ki, bu insanların problemləri həll olunsun" - deyə Tiqran Mxitaryan vurğulayıb.

Akif

0.02439022064209