"Biz yoxsa, "xarici qüvvələrə" ümid bağlamışıq?!"
İbarhim Rüstəmov: "Azərbaycan Ordusu dünya dövlətlərinin aparıcı təcrübəsindən istifadə edərək oz ordusunu təkimləşdirir, döyüş hazırlığını və silah arsinalını inkişaf etdirir"
Paralel.az xəbər verir ki, erməni hərbi ekspert öz sosial şəbəkə səhifəsində ironiya ilə yazır: "Adətən biz hər şeyi Rusiya ordusundan kopya edirik - formanı, nizamnaməni, taktikanı, silahlanmanı və bir çox digər şeyləri... Maraqlıdır, bəs nəyə görə ordumuzun generallarının yaxasındakı dəfnə yarpağının quyruğu çölə baxır, Rusiya hərbçilərində isə içəri? Biz yoxsa, "xarici qüvvələrə" ümid bağlamışıq?!"
Bu sətirləri oxuyanda istər-istəməz öz orlumuz barədə düşünməli oluruq, axı bizim ordumuz da rus şinelindən çıxıb, amma əsas odur ki, çıxıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu məhz şinelindən çızdığı orduya - rus silahları ilə silahlanmış, rus hərbi taktikasına yiyələnmiş "erməni" ordusuna qarşı döyüşürdü. Lakin indi də bəzi ekspertlər Azərbaycanın Rusiyadan silah almasına, onunla təcrübə mübadiləsi aparmasına - birgə təlimlərdə iştirakına ağız büzür, bunu hələ də Rusiyadan ayrıla bilmədiyimizin bir əlaməti kimi gözə soxur. Bu doğrudanmı Rusiyanın qanadı altına sığınmaqdır?
Sualla hərbi ekspert İbarhim Rüstəmova müraciət etdik. İ.Rüstəmov bildirdi ki Azərbaycan hərbi təcrübə mübadiləsi və silah almaq üçün 30-a yaxın ölkə ilə əməkdaşlıq edir: "Onlardan yalnız biri də Rusiyadır. Düzdür, Rusiya müasir ordu quruculuğunda dünyadan xeyli geri qalır. Amma bununla belə Rusiya ordusunda Azərbaycan əsgərinin öyrənməli olduğu hələ çox məqamlar var. Azərbaycan hərbi sahədə Türkiyə, İsrail, ABŞ, Fransa, Almaniya və s. ölkələrlə əməkdaşlıq edir və bu normal haldır. Biz hansısa ölkədən silah alırıqsa, o silahın idarə edilməsi üçün kadırlar məhz istehsalçı ölkələrdə təlim keçib, həmin silahla davranmağı öyrənməlidir. Biz bir yana, Türkiyə Rusiyak ilə hərbi əməkdaşlıq edir, ondan S-400 alır. Bu silahın idarə edilməsini də türk əsgərinə rus hərbiçiləri öyrətməlidir. Rusiyalı hərbi ekspertlərdən biri verlişdi dedi ki, Azərbaycan Ordusu dünyanın aparıcı orduları ilə təlimlərdə həm iştirakçı, həm də müşahidəçi kimi çıxış edir və aparıcı təcrübələri ordu quruculuğunda tətdiq edir.
Azərbaycan Ordusu ümumiyyətlə götürdükdə, rus ordusundan çox ciddi şəkildə fərqlənir, həm silahlanma baxımından, həm də taktiki-strateji planlar baxımından. Biz bu keyfiyyətləri müxtəlif ölkələrlə hərbi əməkdaşlıqda qazanmışıq. 44 günlük müharibə hələ də dünya dövlətləri tərəfindən öyrənilir, çünki yeni texnologiyaya əsaslanaraq aparılan ilk müharibə idi.
Azərbaycanın milli və dövlətçilik maraqlarından çıxış edən hərbi doktrinası hazırlandı və qəbul edildi. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ordusu dünya dövlətlərinin aparıcı təcrübəsindən istifadə edərək öz ordusunu təkimləşdirir, döyüş hazırlığını və silah arsinalını inkişaf etdirir."
Akif Nəsirli