"Heç kim Milli Məclisin arxasında danışıqlar aparmayacaq"

 

 

Paralel.az "Armenia today"-a istinadən xəbər verir ki, Ermənistan və Rusiya müdafiə nazirliklərinin nümayəndələri Moskvada Ermənistan-Azərbaycan sərhədində arzuolunmaz ssenarilərin qarşısının alınması ilə bağlı problemləri müzakirə etdiblər.

Bunu Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin rəhbəri vəzifəsinə namizəd Andranik Köçəryan bunu bazar ertəsi parlamentdə "Ermənistan" müxalifət fraksiyasından millət vəkili Anna Qriqoryanın sualını cavablandırarkən deyib.

"Hazırda Ermənistan və Rusiya silahlı qüvvələri arasında hansı razılaşmaların olduğunu söyləməkdə çətinlik çəkirəm. Amma hər halda bu müqavilələr Ermənistanın maraqlarına zidd ola bilməz. Hər şey silahlı qüvvələrimizin imkanlarını nə qədər tez bərpa edə biləcəyimizdən asılıdır"- deyə Köçəryan əlavə edib.

Onun sözlərinə görə, təbii ki, Azərbaycan Müdafiə Nazirliyi nümayəndəsinin də iştirak etdiyi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət Moskvada müzakirə olunur6 "Bir şeyi deyə bilərəm - heç kim Milli Məclisin arxasında danışıqlar aparmayacaq. Sonda bütün bu məsələlər parlamentdə də müzakirə olunacaq”.

Akif

0.031828165054321