Kəndlər sulara qərq oldu - VİDEO
Paralel.az xəbər verir ki, güclü musson yağışları nəticəsində Uttar-Pradeş ştatının 357 kəndi tamilə su altında qalıb.
NDTV telekanalının verdiyi məlumata görə, güclü yağışlar nəticəsində ən çox zərər Xamirpur və Djalaun bölgələrinə dəyib.
Daşqın və sel Qanq və Camna çaylarında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub.
Qeyd olunur ki, Qanq çayında suyun artımı “təhlükəli” səviyyədən iki metr yüksəkdir.
Hazırda aidiyyatı dövlət qurumları təbii fəlakətdən zərər çəkmiş sakinləri təhlükəsiz bölgələrə köçürür.
Şahnaz