Jurnalist Adəm Abbaslı prezidentə müraciət etdi
Jurnalist Adəm Abbaslı: "Bu zəhərli tüstü Jurnalistlər Binasının həmən yanında yerləşən sement və qum qarışdırma zavodudur, sement istehsal zavodudur, Allah xaraba qoysun zavodudur, nədir, (?!) bilmirəm, amma onu biz də, onu işlədən tıfağı dağılmış, evi yıxılmış da bilir ki, vaxtaşırı bu qədər zəhərli tüstünü ətrafda məskunlaşmış 10 minlərlə insanın ciyərinə yeritmək ƏN BÖYÜK CİNAYƏTDİR! Ay bu xalqın, millətin və dövlətin düşməni İŞ BAZ, heç bilirsənmi ki, ərazidə gələcəyin nə qədər əsgəri, həmçinin hələ neçə-neçə əsgərlər doğacaq analar yaşayır?! Heçmi vijdanın yoxdur sənin?! Mən burdan ölkə Başçısı, Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova müraciət edirəm. Xahiş edirik, bu zavodun işinin dayandırılması haqqında göstəriş verəsiniz!".
Şahnaz