Qanunsuz miqrantlar Litvadan 300 avro alacaqlar

 

Qanunsuz miqrantlar Litvadan 300 avro alacaqlar 
 

Paralel.az RİA NOVOSTİ-ya istinadən xəbər verir ki, Litva hakimiyyəti vətənə qayıtmağa razılıq verərən Asiya və Afrika ölkələrindən olan qanunsuz miqrantların hər biri 300 avro ödəyəcək. Bu barədə LRT efirində Litva Polisi yanında Miqrasiya Departamentinin direktoru Evelina Qudzinskaite məlumat verib.
O, deyib ki, hava limanında təyyarəyə minməzdən əvvəl bu şəxslərə 300 avro nağd pul birdəfəlik müavinət kimi veriləcəks: "Ödəniş birdəfəlik olacaq, müavinət almış bir miqrant Litvaya ikinci dəfə daxil olduqda bu ödənişi almayacaq.
Bundan avvəl isə Vilnüs Belarusla sərhəddə saxlanılan qanunsuz mühacirlərin sayının artdığını bildirmiş - səlahiyyətlilər ekstremal vəziyyət elan etmişdilər.
Belarus lideri Aleksandr Lukaşenko öz növbəsində, respublikadan AB ölkələrinə miqrant axınını dayandırmaq niyyətində olmadığını bildirib: "Qərbin sanksiyaları səbəbindən Minskdə bunun üçün nə pul, nə də güc var".
Akif

0.04797887802124