Aşura paylaşmanın, həmrəyliyin, birlik və sevginin ifadəsidir

 

 

 Aşura paylaşmanın, həmrəyliyin, birlik və sevginin ifadəsidir  
 

Paralel.az xəbər verir ki, Aşura günü Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının onuncu günüdür. Türkiyə mətbuatı yazır ki, İslam inancında həmin gün çox önəmli hadisənin baş verdiyi dəyərli bir təqvimdir. Məlumatda qeyd edilib ki, məhərrəm ayında da oruc tutulur. Türkiyə Diyanət İşləri Başçılığı Dini Xidmətlər Ümumi Müdirliyi bununla bağlı bir sıra vacib bilgi açıqlayıb.

Sevimli Peyğəmbərimiz buyurur: “Ramazan orucundan sonra ən fəzilətli oruc Allahın dəyər verdiyi Məhərrəm ayında Aşura günüdür”.

“Allahdan ümid edirəm ki, Aşura günü oruc tutmaq əvvəlki ilin günahlarını bağışlayar”.

Qeyd edilib ki, Həzrət Aişə İslamdan əvvəl peyğəmbərimizin Aşura günü oruc tutduğunu, Məkkə əhalisinin də oruc tutduğunu bildirib.

Allah Rəsulu Mədinəyə hicrət etdikdən sonra oradakı möminlər üçün oruc tutub və onlara oruc tutmağı tövsiyə edib.

Aşuranın daxil olduğu Məhərrəm ayında Hz. Peyğəmbərin (s.ə.v) nəvəsi Hüseyn və əksəriyyəti Əhli-beyt üzvü olan 70-dən çox şəxs Kərbəlada şəhid olub. Bu tarix bütün müsəlmanların yaddaşında böyük bir ağrı tarixidir. Hz.Hüseyn və dostları bu hadisədəki nəcib mövqeyi və haqsızlığa qarşı şərəfli mübarizəsi ilə bütün möminlərin qəlbində bir taxt qurub. Ona və yaxınlarına qarşı bu zülmü göstərənlər qınanıb.

Məlumatda daha sonra qeyd edilib ki, Aşura paylaşmanın, həmrəyliyin, birlik və sevginin ifadəsi, bolluğun və məhsuldarlığın simvoludur. Aşuranın bu məcazi mənası bu gün cəmiyyətimiz üçün həmişəkindən daha vacibdir.

Nigar

0.026003122329712