Mars nümunələri bir neçə ilə Yerə gətiriləcək

 

 

Mars nümunələri bir neçə ilə Yerə gətiriləcək  
 

Paralel.az xəbər verir ki, “Perseverans” marsoxodu “Qırmızı Planet”də qaya və torpaq toplamaq cəhdində uğursuzluqla qarşılaşıb. NASA-nın məlumatına görə, konteynerdə nümunələrin toplanması işi hələ bitməyib.

Tədqiqatçılar yaxın bir neçə gün ərzində marsoxoddan bütün telemetriyanı yoxlamaq niyyətindədirlər. Buraxılan səhvin də qazma qurğusundan istifadə edərkən qaya sürüşməsindən qaynaqlandığı və təyyarənin bortundakı avadanlığın nasazlığı ucbatından baş vermədiyi deyilib.

Qeyd edilib ki, aparat 18 fevralda Ezero kraterinə enib. Bu fəaliyyət ərzində təxminən 40 konteynerin Mars nümunələri ilə doldurulması gözlənilir. Məlumata görə, onları 2026-cı ildə başqa bir aparat götürəcək. İki aparat əvvəlcə qayanı orbitə, sonra isə Yerə göndərəcək. NASA bunun 2030-cu illərdə baş verəcəyini təxmin edir.

Niga

0.010066986083984