Trampın müşaviri: “Prezident özünü yaxşı hiss edərsə, yenidən namizəd olacaq”

 

 

 

Trampın müşaviri: “Prezident özünü yaxşı hiss edərsə, yenidən namizəd olacaq”   
 

Paralel.az xəbər verir ki, müasir ABŞ tarixinin ən mübahisəli prezidenti olan Donald Tramp seçkidə məğlub olsa da, siyasi səhnəni tərk etmək fikrində deyil. Trampı təmsil edən siyasi fəaliyyət komitəsinin hesabatlarına görə, onun siyasi xərcləri üçün 102 milyon dollar nağd pulu var. Federal Seçki Komissiyasının məlumatına görə, bu ilin ilk yarısında Tramp 82 milyon dollar ianə toplayıb. Bu ianənin bəzisi 2021-ci ildə C.Badenin seçkilərdə qalib gəlməsindən əvvəl, qısa müddət ərzində ona seçkilər üçün verilib. İanələrin əhəmiyyətli bir hissəsi də seçkidən sonra alınıb. Hesabı sosial media şirkətləri tərəfindən dayandırılan və adı ABŞ-da irqçiliklə əlaqəli olan Trampın siyasi fəaliyyət komitəsi isə ianə məbləği ilə bağlı açıqlama verməyib. Bunu Respublikaçılar

Partiyasına köçürməməsi Trampın siyasi gələcəyi ilə bağlı suallar doğurub. Onun əsasən SMS və e-poçt vasitəsilə ianə toplaması diqqət çəkib.

Qeyd edilib ki, Trampın 2024-cü il seçkilərində yenidən prezidentliyə namizəd olacağını gözləyənlərin sayı da az deyil. Beləliklə, ilin ilk yarısında prezidentlikdən getməsinə baxmayaraq, Trampın komandası respublikaçı fəal siyasətçilərdən daha çox vəsait toplayıb. Geriyə dönsək, keçmiş prezident Tramp 5 yanvar 2021-ci ildə keçirilən seçkilərin nəticələrini “saxtakarlıq” kimi xarakterizə edib. Və o gün tərəfdarları tərəfindən verilən pul ianələrinə qərq olub. Buna bənzər bir pul “yağışı” ona seçkilərdə məğlub olandan qısa bir müddət sonra, 28 fevral 2021-ci ildə mühafizəkar siyasətçilərin toplaşdığı platformada etdiyi çıxışdan sonra olub.

Tramp keçən şənbə günü verdiyi açıqlamada isə aralıq seçkilərdə aktiv rol oynayacağına işarə edib: “Respublikaçıları Konqresə və Senata qatmaqdan daha yaxşı bir zaman düşünə bilmirəm”.

Trampın komandasının ilin əvvəlindən topladığı ianələrlə nə etdiyi də sual doğurub. Bu pulların Trampa qarşı açılan iddialarda keçmiş prezidenti müdafiə edən vəkillərə, işçilərin maaşlarına və məsləhətçilərinə sərf edildiyi deyilib.

“Nyu-York Times” qəzetinin köşə yazarı Ross Douthat Trampın öz gücünün zirvəsində olsa belə, partiyaya tam nəzarət etmədiyini söyləyib. “Washington Post” qəzetinin köşə yazarı Paul Waldman isə Trampın 2024-cü ildə 78 yaşında olacağına işarə edərək onun haqqında “seçkilərdə iştirak etmək və yenidən məğlub olmaq ehtimalı çox ürküdücüdür” deyib. Trampın namizəd olacağı təqdirdə yarışdan geri çəkiləcəyini söyləyən

Respublikaçılar partiyasının üzvləri də var. O, Respublikaçılar partiyasında potensial namizədlik yarışında qalib gəlsə belə, partiyasının komandasının onun üçün meydanda nə qədər çalışacağı sual altındadır. Çünki son seçkilərdə bəzi partiya səlahiyyətliləri Trampın saxta seçki saxtakarlığı iddialarını müdafiə etmədilər.

O da vurğulanıb ki, Tramp keçən ilin fevral ayının sonundakı səssizliyini 1 iyul Şimali Karolinada Respublikaçılar dairəsi toplantısında pozub. Trampın müşavirlərindən olan Jason Miller isə belə deyib: “Prezident özünü yaxşı vəziyyətdə hiss edərsə, yenidən namizəd olacaq”. Miller əlavə edib ki, Respublikaçılar Partiyasının adı açıqlanmayan lideri məhz Trampdır.

“Reuters”in may ayında dərc etdiyi sorğuya görə, respublikaçıların 28 faizi Trampın yenidən seçilmək istəmədiyini, 63 faizi isə seçkilərin “oğurlandığını” düşünür.

Nigar

0.050347089767456