Ermənilər itkilərlə bağlı hesabat istəyir

 

Ermənilər itkilərlə bağlı hesabat istəyir 
 

Paralel.az xəbər verir ki, son günlər həm erməni sayıtlarında, həm də sosial şəbəkələrin erməni sektorunda hökumətdən İkinci Qarabağ müharbəsində verdiyi itkilərin sayının açıqlamaq tələbi irəli sürülür. Lakin Paşinyan hakimiyyəti hələ də itkilərin sayını tam şəkildə cəmiyyətə açıqlamayıb, ölkədə minlərlə itkin əsgər var. İtkin əsgərlərin valideyinləri vaxtaşırı olaraq hakimiyyətin müxtəlif orqanları qarşısında aksiyalar keçirir. Sonuncu dəfə avqustun 3-də işğaldan azad edilmiş ərazilərdə aparılan axtarışlar nəticəsində daha 6 erməni hərbçisinin leşi aşkarlanıb. Bununla da 13 noyabrda başlayan axtarışlar nəticəsində işğaldan azad edilmiş ərazilərdən 3 avqusta qədər  1629 erməni meyiti tapılıb.
Ermənistan hökuməti indiyə qədər itkilərin cəmi 3 min nəfərdən bir qədər çox olduğunu iddia edir. Müharibə məntiqinə görə isə geri çəkilən ordunun döyüş meydanında qoyub getdiyi cəsədlər ümumi itkilərin 5-10 faizindən çox olmur. Bu hesabla Ermənistan ən yaxşı halda 10 mindən çox əsgər, yəni şəxsi heyətinin yarısını İkinci Qarabağ müharibəsindən itirib.
Ermənistan hökuməti cəmiyyəti sakitləşdirmək və real itkilərin açıqlanmasına hazırlamaq üçün bu günlərdə Birinci Qarabağ müharibəsindəki itkiləri açıqlamağa qərar verib. Bununla bağlı "Vətəndaş müqaviləsi" partiyasından deputat Lena Nazaryan müxalifətin iddialarına cavab verərkən bildirib ki, 1994-cü ildən 2020-ci ilə kimi Ermənistan ordusu 2500 hərbçi itirib: "Parlamentin keçmiş çağırışının müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri Andranik Koçaryanın məlumatlarına istinad edərək təxmini rəqəmləri diqqətinizə çatdırıram. Birinci Qarabağ müharibəsində təxminən 6400 hərbçi həlak olub, 1994-ci ildən Aprel döyüşlərinə qədər ordu 2500 nəfər itirib".
Bunun ardınca Paşinyan iqtidarı İkinci Qarabağ müharibəsindəki reall itkilərin miqdarını açıqlayacağı gözlənilir. Ekspertlərin fikrincə, Paşinyan bu yola əl atır ki, cəmiyyətə itkiləri bir qadər münasıb şəraitdə, müqayisəlı şəkildə təqdim etsin.

Akif

0.032968044281006