Dünya mətbuatı, 06 avgust 2021
“Al-Quds Al-Arabi”: ABŞ-dan İranın yeni prezidentinə mesaj: “Diplomatiya fürsətindən istifadə edin”
“El-Raya” (Qətər): Fransanın “Livan Dəstək Konfransı” 370 milyon dollar yardım toplayıb.
“Al Jazeera”: Taliban kəndlərdən sonra şəhərləri hədəf almağa başlayıb. BMT Təhlükəsizlik Şurası yığıncağı keçiriləcək. beynəlxalq ictimaiyyət isə atəşkəsin bərpası uğrunda səy göstərir.
“El Pais”: (İspaniya) İspaniyanın beş muxtar bölgəsində qocalar evi işçiləri üçün peyvənd vurulmağın və həftədə iki dəfə PCR testindən keçməyin məcburi olması istənir.
“El Mundo”: (İspaniya) Barselona futbol klubu: “Messi Barselonaya vida etdi”. “TeleSur”: (Venesuela) Qvatemalada genişmiqyaslı etiraz aksiyaları keçirilir. Nümayişçilər Prezident Alejandro Qiammattei-nin istefasını tələb edirlər.
“Deutsche Welle”: Almaniyadakı 10 şirkətdən 9 -u kiber hücumların qurbanıdır. “zdf.de”: Alman futbolunun yaddaşlarda qalanlarından Michael Ballackin 18 yaşlı oğlu Emilio Portuqaliyada düşdüyü motosiklet qəzasında həyatını itirib.
“TASS”: Ukrayna prezidenti Zelenski Rusiyanı Donbass bölgəsinin sakinlərinə Rusiya pasportu verərək beynəlxalq hüququ pozmaqda ittiham edib.
İzvestiya: Amerika Birləşmiş Ştatları vətəndaşlarına Rusiyaya səyahət etməmələrini tövsiyə etməyə davam edir. Amerikalılardan xüsusilə Şimali Qafqaza və Krıma getməkdən imtina etmələri tələb edilir.
“RİA Novosti”: Rusiya Xarici İşlər Nazirliyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Rusiyadakı ümumi seçkilərə müşahidəçi göndərməmək qərarından təəssüfləndiyini bildirdi.
“Le Figaro”: Demokratlar Co Baydenə ABŞ-dakı Quantanamo həbsxanasını bağlaması üçün təzyiq göstərir
“Fransa 24”: Yunanıstan: Yanğınsöndürənlər Afina sərhəddinə yaxınlaşan yanğınları söndürməyə və ya nəzarət altına almağa çalışırlar.
“Le Soir” (Belçika): Barselona da bir dövr başa çatdı. Lionel Messi komandadan ayrıldı.