Entoni Blinken Abdullah Abdullah ilə görüşüb
Paralel.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Ned Price telefon danışığına dair açıqlama verib. Qeyd edib ki, Blinken-Abdullah arasında baş tutan görüşdə Dövlət katibi Blinken Abdullaha ABŞ -ın Əfqanıstanda siyasi danışıqlara və sülh prosesinə dəstəyin bundan sonra da davam edəcəyini bildirib. Sülh prosesini davam etdirmək üçün atılası addımlara dair məlumat təqdim edib. Beynəlxalq cəmiyyətin Talibanın hücumlarına reaksiya verdiyinə diqqət çəkilən görüşdə ABŞ-ın da hücumları pislədiyi vurğulanıb.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri -müəyyən olsa da, təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli toqquşmalar davam edir.