"Tarixi borcumu yerinə yetirəcəm"

 

 

Moskva Saakaşvili hökumətini "cinayətkar rejim" adlandırdı

Paralel.az xəbər verir ki, Mixail Saakaşvili onun Gürcüstana qayıtmasından Moskvanın qorxduğunu deyib. Saakaşvili bunu Rusiya XİN-in sözçüsü Aleksandr Bikantovun sözlərini şərh edərkən deyib.

A.Bikantov bildirib ki, Moskva Gürcüstan tərəfinin hazır olduğu səviyyədə onunla ikitərəfli münasibətləri bərpa etməyə hazırdır. Bununla yanaşı Bikantov, 2012-ci ilə qədər Gürcüstanda hökmranlıq edən Saakaşvili hökumətini "cinayətkar rejim" adlandırıb və Rusiyaının onu Gürcüstan xalqına "heç vaxt bərabər tutmadığını" bildirib.

M.Saakaşvili Facebook səhifəsində A. Bikantova cavab olaraq yazıb: "Moskva çox yaxşı bilir ki, gürcü xalqının böyük əksəriyyəti mənim tərəfimdədir və geri dönməyimi tələb edir. Ciddi qorxdular və belə açıqlama verdilər. Beləliklə, hamıya demək istəyirəm: heç kim mənim doğma ölkəmə qayıtmağımı əngəlləyə və onu daxili və xarici düşmənlərdən, pis niyyətli insanlardan məndən başqa heç kim xilas edə bilməz. Tarixi borcumu yerinə yetirəcəyəm. Gürcü xalqının səsini eşidirəm və şimaldan gələn heç bir cırıltı mənə mane ola bilməz. Biz gürcülərik - çox qürurlu və azadlıqsevər bir millətik, hamı ilə yaxşı münasibətlər qurmaq istəyirik, amma belə bir tonda danışmağa dözməyəcəyik”.

Akif

 
0.01343297958374