COVİD-19-u araşdırmaq qadağandır
Paralel.az xəbər verir ki, "The New York Times" (NTY) qəzetinin baş redaktoru işçilərə COVID-19-un mənşəyini araşdırmağı qadağan edib.
NYT-nin işçilərindən birinin sözlərinə görə, 2020-ci ilin əvvəlində qəzetin baş redaktoruna koronavirusun mənşəyini araşdırmaq istədiyini deyib, amma bu barədə yazmağın təhlükəli olduğu barədə cavab alıb.
"COVID-19-un süni şəkildə yaradıldığı və ya laboratoriyadan təsadüfən sızması nəticəsində pandemiyaya çevrilməsi barədə hər hansı bir materialın yazılması müqavimətlə qarşılanıb", - deyə jurnalist əlavə edib.
Çin rəsmən Amerikanın Merilend ştatında yerləşən “Fort-Detrik” hərbi bazası yaxınlığında yerləşən “Yoluxucu Xəstəliklərin Araşdırılması İnstitutu”nda yoxlama aparılmasına dair 33 dəfə çağırış edib. Qarşı tərəf bütün çağırışları eşitməzdən gəlir.
Bəşəriyyətə sarsıdıcı zərbə vurulur, kütləvi ölüm davam edir, illərdir ki, insanlar normal yaşam tərzindən məhrum olub.Belə görünür ki, biz həqiqəti bilə bilməyəcəyik.
İlqar Salmanov