Milli Təhlükəsizlik Şurasından Ermənistana xəbərdarlıq edilib
Paralel.az xəbər xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Milli Təhükəsizlik Şurasının iclası keçirilib.
“Haber Global” bildirir ki, iclasın əsas mövzusu meşə yanğınları olsa da, toplantının yekun sənədində bir sıra regional problemlərlə bağlı açıqlamalar da yer alıb.
Məlumata əsasən, şura üzvləri Ermənistan - Azərbaycan sərhədində baş verən gərginlik ətrafında danışılıb. Ermənistanı təcavüzkar addımlara son qoyaraq, öz öhdəliklərinə sadiq qalmağa və bölgə ölkələrilə əməkdaşlığı inkişaf etdirməyə çağırıblar.
İclas 3.5 saat davam edib.