Koroğlunun Qıratı, Qaraca Çobanın köpəyi kimi...

Koroğlunun Qıratı, Qaraca Çobanın köpəyi kimi...
 
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas: " Araşdırmaçı zooloqların apardıqları tədqiqat nəticəsində canlılar arasında insanla müqaisədə heyvanların daha sadiq olduğu müəyyən olunub. Məsələn, əfsanəvi xalq qəhrəmanı Koroğlunun Qıratı, Qaraca Çobanın köpəyi kimi nümunələr tarixdə kifayət qədərdir. Xüsusən itin və atın sahibinə sadiqliyini əks etdirən əsər və filmlər istənilən qədərdir...
Müstəqillik illərində şəxsi qazanca, marağa görə, siyasətçilərin xalqa, üzv olduğu qrupa, təşkilata, yoldaşlarına etdiyi çoxsaylı xəyanəti gördükcə, zooloqların əldə etdiyi nəticənin doğruluğuna şübhə ortadan qalxıb...
İnsanla heyvan arasında sadiqlik və etibarlılıq kontekstində Azərbaycandakı siyasi təbəqədə gördüklərim, eşitdiklərim və şahid olduğum hadisələr insanlarla müqaisədə heyvanlara hörmətimi qat-qat artıb...
Son zaman insan sifətinin ikidən çox olması barədə cəmiyyətdə yayılan lətifə də təsadüf yox, həyatdakı real gerçəkliyin məhsuludur...
Hazırda ölkədə yaşayan hər bir insan çətin və həllolunmaz böyük problemə çevrilmiş "kimə inanaq?" sualı ilə üz-üzə qalıb: "Müxtəlif səbəblərdən insanları tərk etdikləri etibar və ümid mühitinə necə qaytarmaq olar?!..
Bax, ən böyük problem budur! İnsanlar arasında inam və etimad bərpa olunsa, həyat öz normal məcrasına dönə bilər, AMMA...".
 
 

 

0.05669093132019