Növbəti erməni simasızlığı

Növbəti erməni simasızlığı
 

Paralel.az xəbər verir ki, Hadrutun erməni sakinləri saxta açıqlamalarla gündəmə gəliblər. Erməni mətbuatında qeyd edilib ki, müharibə, vətənlərini itirmək (? - red.) Hadrut xalqı üçün çoxsaylı problemlərə çevrilib - sosial, hüquqi, psixoloji problemlər və yeni bir mühitə inteqrasiya etmək çətinliklərlə doludur. Erməni mətbuatı yazır ki, yazıçı, ssenarist Arpi Vanyan Hadrutdan olsa da, uzun illərdir İrəvanda yaşayır. O, ailəsi ilə birlikdə ildə ən azı iki dəfə “doğma Hadruta” getdiklərindən danışıb. Xəbərdə qeyd edilib ki, 44 günlük müharibədən sonra Arpi məcburi köçkünlərin sosial və hüquqi problemləri, habelə Hadrutun mədəni irsi məsələləri ilə məşğul olan “Hadrutun işğal edilməsi” ictimai təşkilatını qurub. Onun sözlərinə görə, problemlər saysız-hesabsız və fərqlidir: “Müharibədən dərhal sonra Artsax prezidenti təşkilata bir qədər kömək etdi - bir müddət 25 ailənin yaşaması məsələsini həll etmək mümkün oldu”. Kəskin sosial problemlərdən bəhs edən Arpi kişilərin ən həssas vəziyyətdə olduğunu qeyd edib, qadınlar və uşaqlar dövlətdən 68 min dram yardım alır, kişilər isə yox: “Məntiq tamamilə anlaşılmazdır. Kişilər həm Ermənistan rəhbərliyinə, həm də Artsax rəhbərliyinə bir neçə dəfə müraciət etmişlər, hər dəfə cavab olaraq deyirlər ki, sən haqlısan, bu məsələyə yenidən baxacağıq, amma indiyə qədər heç bir şeyə yenidən baxmamışıq. Bu gün onların cibində bir qəpik də qalmayıb, iş axtarırlar, tapa bilmirlər”. O, deyib ki, yaralanmadan və şikəst olmadan müharibənin dəhşətlərini yaşayan kişilər dəstək ala bilmirlər. “Hadrutun Məşğulluğu” ictimai təşkilatının alınan maliyyə hesabına vaxtaşırı dəstək proqramları həyata keçirdiyi də qeyd edilib. Onlardan biri - “Naxshun Hadrut” (“Gözəl Hadrut”) proqramıdır: “Biz qadınlara iplik verdik, onlar yorğan toxuyur. Sonra bu yorğanları onlardan alırıq, satmağa çalışırıq və bununla da qadınların pul qazanmasına kömək edirik”.

Erməni mətbuatı başqa bir problem kimi, insanların inteqrasiyasını qeyd edib: “Hadrut ləhcəsini qorumaq, Hadrut xalqının toplaşması və öz ana ləhcəsində danışması üçün görüşlər təşkil etmək son dərəcə vacibdir. Təbii ki, bütün proqramlar Hadruta qayıtmaq xəyalına əsaslanır. Bu inanc olmadan hər şey mənasızlaşır, ətrafdakı hər şey qaralır. Geri dönəcəyimə bir saniyə də olsun şübhə etmirəm. Hadruta necə getdiyimi, şəkil çəkdirdiyimi, dəli olmamaq üçün məzarlara necə qaçdığımı, anamla səmada söhbət etdiyimi daim xəyal edirəm”...

“Düşmən çiçəklənən şəhərdəki hər şeyi məhv etdi. Google xəritələrində doğma küçələrin və evlərin yandığını görə bilərsiniz. Ağrı sonsuzdur, amma ümid və iman daha da böyükdür. İnanıram ki, problemlərin öhdəsindən gəlməyə kömək edənlər evlərinə qayıtmaq üçün mübarizəyə güc verənlərdir” deyən erməni yazıçısı, erməni məddahlığının son nöqtəsini vurub.

Nigar

0.015974998474121