Jirinovski - sayıqlamalar, yoxsa Moskvanin iç üzü

 

 

Jirinovski - sayıqlamalar, yoxsa Moskvanin iç üzü  
 

Əli Orucov: "Bu heç də qeyri-ciddi çıxış deyil - Rusiya siyasətinin dərin qatlarından, iç üzündən xəbər verən bir bəyanatdır"

Paralel.az xəbər aerir ki, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jrinovskinin açıqlamaları Azərbaycanda sərt reaksiyalar doğurub. Xatırladaq ki, Jirinovski Rusiya mediasına müsahibəsində Qarabağdakı Rusiya hərbçilərinin təhlükəsizliyini tam təmin etmək üçün Bakıya təsir göstərmək lazım olduğunu deyib. Azərbaycanda diktatura mövcud olduğunu iddia edən partiya lideri bildirib ki, prezident İlham Əliyev Moskvanın dəstəyi ilə ayaqdadır, yoxsa onu mövcud olan güclü müxalifət devirə bilər və s.

Bütün ölkə ictimaiyyəti, həm YAP yetkililəri, həm də bir çox siyasilər Jirinovskinin dediklərini sayıqlama, həddini aşma, təxribat, özünü isə qeyri-ciddi siyasətçi kimi təqdim edir. Rusya Federasiyasının ən yüksək mükafatlarını almış ("Vətən qarşısında xidmətlərə görə" medalın bütün kavalyerlərinin lauriyatıdır), 1992-ci ildə Dövlət Dumasının üzvü olan, Dumada 40 nəfərlik fraksiyaya malik bir partiyanın lideri, hüquq elmləri doktoru, şərqşünas-türkoloq - bu qədər titul sahibi neçə qeyri-ciddi persona kimi qəbul edilə biər? Bütün bu suallarla birlikdə məsələyə münasibət bildirmək üçün siyasi şərhçi Əli Orucova müraciət etdik. Politoloq bildirdi ki, mən ilk gündən demişəm ki, bu heç də qeyri-ciddi çıxış deyil - Rusiya siyasətinin dərin qatlarından, iç üzündən xəbər verən bir bəyanatdır: "Rusiy demokratik ölkə deyil, Jirinovski Dumada fraksiya rəhbəridirsə, deməli hakimiyyət personasıdır, hakimiyyətin fiquru olan şəxs isə qeyri-ciddi qəbul edilməməlidir. Ona görə də Jirinovskinin bəyanatlarının qeyri-ciddi qəbul edilməsinin tərəfdarı deyiləm.

Rusiya heç vaxt Azərbaycanın dostu olmayıb, bizə vassalı kimi yanaşmağa çalışıb. Əslində dövlət rəhbəri səviyyəsində bizi özlərinə dost, tərəfdaş kimi təqdim etmələri qeyri-ciddi məsələdir. Həqiqəti isə Rusiya Jirinovski kimi "qeyri-ciddi" personaların dili ilə deyir, mesaj verir. Jirinovskinin dedikləri bütün Azərbaycan xalqının heysiyyatına toxunur, hamımız ona cavab verməyə borcluyuq. Amma YAP bir iqtidar partiyası kimi öndə getməlidir. Çox təəssüf ki, hələ də YAP Jirinovskinin fikirlərinə rəsmən münasibət bildirməyib.

Bu Azərbaycana Rusiyanın təhdidləri kimi anlaşılmalı və onun cavabı verilməlidir. Hesab edirəm ki, bu 44 günlük müharibə dönəmində və ondan sonrakı mərhələdə Azərbaycanın Türkiyə ilə yaxınlaşmasına qarşı etirazın bir mesajıdır. Rusiya bununla həm Azərbaycanı təhdid edir, həm də Azərbaycan prezidentini şantaj edir. Fikrimcə, Azərbaycan artıq Rusiya ilə maskasız danışmağa başlamalıdır. Rusiy 10 noyabır bəyannaməsindən doğan öhtəlikləri yerinə yetirmir: Zəngəzur dəhlizi hələ də açılmayıb, sülşməramlıların fəaliyyəti Azərbaycan üçün qənaətbəxş deyil, Qarabağda hələ də 11 min erməni əsgəri var, yerli özünümüdafiə dəstələri silahsızlaşdırılmayıb və s. Azərbaycan hökuməti bütün bunların hesabını Rusiyadan sormalıdır, yoxsa sonra gec olacaq".

Akif

0.026637077331543