Az miqdarda spirt qəbulu xərçəng riskini artırır
Paralel.az xəbər verir ki, alkoqol istifadəsi keçən il 700 mindən çox xərçəng hadisəsinə səbəb olub.
Türkiyə mətbuatı yeni bir araşdırmada spirt istehlakının 2020-ci ildə dünyada 700.000-dən çox xərçəng hadisəsinə səbəb olduğunu ortaya qoyub. “The Lancet” tibb jurnalında nəşr olunan araşdırma alkoqol istifadəsinin 568 mindən çox kişidə xərçəngə səbəb olduğunu aşkar edib. Keçən il spirt istehlakının 700 mindən çox xərçəng xəstəliyinə səbəb olduğunu bildirən araşdırmada bu xəstəliyin əksər hallarda özofagus, kolon, qaraciyər və döşdə aşkarlandığı bildirilib.
Araşdırmada az miqdarda spirt içməyin də xərçəng riskini artıra biləcəyi ifadə edilib. Həmçinin qeyd edilib ki, spirtli içkilər səbəbiylə xərçəng
xəstəliyinə tutulan insanlar daha çox Şərqi Asiya, Orta və Şərqi Avropada yaşayırlar. Şimali Afrika və Qərbi Asiyada isə bu nisbət ən aşağı
səviyyədədir.
Nigar