Ermənilər psixologi məğlubiyyətlərini etiraf edir

Ermənilər psixologi məğlubiyyətlərini etiraf edir
 

Ruben Babayan: "Məğlub olan insanlar inkişaf edə bilməz, bizim psixoloji problemimiz var"

Ermənistan cəmiyyətində 44 günlük müharibədən sonrakı psixoloji sarsıntıları siyasilər etiraf etməsə də, erməni mədəniyyət ictimaiyyətinin nümayəndələri bunu çəkinmədən dilə gətirir.

Paralel.az xəbər verir ki, Hovhannes Tumanyan adına Kukla Teatrının bədii rəhbəri Ruben Babayan 24TV-yə müsahibəsində deyib: "Bu gün bizim çox böyük bir problemimiz var, ilk növbədə psixoloji - məğlub insanlar, məğlub olan cəmiyyət heç vaxt inkişaf edə bilməz".

Babayan inkişaf etməyin yolunu məğlubiyyət psixologiyasından çıxmaqda görür. Aktyor ritorik sual qoyur ki, psixologiyadan necə qurtulub, qalib ola bilərik? Suala özü belə cavab verir ki, qalib gələn ölkə yalnız döyüş meydanında məğlub olan ölkədir".

R.Babayan qeyri-məntiqi fikrini əsaslandırmaq üçün İkinci Dünya müharibəsini misal gətirir. "İkinci Dünya Müharibəsindən sonra Almaniya, İtaliya və Yaponiya nümunələri çox yaxşı göstərdi ki, döyüş meydanında məğlub olub da qalib gələmək mümkündur, çünki məğlub olan ölkələr inkişaf edir, qalib gələn SSRİ isə bu gün yoxdur" dedi Babayan erməni cəmiyyətinə təsəlli verməyə çalışır.

Akif

0.087169170379639