İrandakı etirazlarda ölənlərin sayı artır
"Su üsyanları"nın hakimiyyətin devrilməsinə səbəb olmasına inanmıram
Paralel.az xəbər verir ki, iyulun 15-dən etibarən İranın cənubunda, Xuzistan əyalətində başlayan etirazların miqyası hər keçən günü daha da artır. Artıq Hamidiye, Bostan və Şadigan şəhərləri başda olmaqla bir neçə şəhərdə etirazlar alovlanıb. Etirazlara səbəb isə İran hakimiyyətinin bölgədə icra etdiyi uğursuz layihələr və bunun nəticəsində yerli əhalinin içməli su problemi yaşaması ilə bağlıdır. İçməli su ilə yanaşı elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılması etirazçıların əsas tələbləri arasında yer alır.
Əhalini hiddətləndirən məsələlərdən biri də budur ki, göstərilən bölgələrdən bəzilərində əhalinin içməli sudan korluq çəkməsinə İran hökumətinin həyata keçirdik layihələr səbəb olub. Belə ki, hökumət quraqlıq səbəbi ilə bəzi çayların səmtini başqa istiqamətə dəyişib və natcədə əhalinin içməli su mənbəyi olan göllər quruyub.
Artıq etirazlara qarşı polis müdaxiləsi zamanı ölənlərin sayı 8 nəfərə çatıb. Bəzi ekspertlər düşünür ki, "su usyanları" İran rejiminin süqutuna səbəb ola bilər. Bununla bağlı politoloq Zərdüşt Əlizadənin mövqeini öyrənməyə çalışdı. Politoloq bildirdi ki, İran varlı dövlətdir, xalq ondan içməyə və digər ehtiyacları üçün su istəyir, onlar da bunu təmin edə bilərdilər: "Qulaqardına vurdular, problem də şişib üsyan həddinə çatdı. Xalqın tələbləri heç də siyasi tələblər deyil, haqqını istəyir. İran hökuməti də bu haqqı təmin etməyə borcludur. Yəqin ki, qısa zamanda hökumət tədbirlər görəcək.
O ki qaldı "su üsyanları"nın hakimiyyətin devrilməsinə səbəb olmasına, mən buna inanmırai. Birincisi, hakimiyyət üsyanlar nəticəsində o zaman devrilə bilir ki, hakimiyyət zəif olsun, əzimkar olması. İran hakimiyyəti komanda olaraq çox güclüdür. İkincisi isə hakimiyyət çevrilişi üçün xaricdən dəstək lazımdır, bu da yoxdur. Şah rejimi İranda devriləndə Qərb İrana müdaxilə edə bilirdi, ona görə də onlar daxili müxalifətə dəstək verərək, rejimin devrilməsində başlığa rol oynadılar. Amma indi İranın molla rejimi Qərbin və Amerikanın daxilə nüfuz etməsinə imkan vermir. Mən belə düşünürəm, bəlkə də yanılıram..."