Bülent Arınç: “Bütün səhvlər, pis əməllər, səhlənkarlıq və səhvlər birbaşa prezidentə yönəldilə bilər”
Paralel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülent Arınç hələ də davam edən meşə yanğınları ilə əlaqədar təəccüblü bir açıqlama verib. B.Arınç mətbuata açıqlamasında fəlakətlə mübarizə mövzusunda zəif olduqlarını deyib. O, mövcud vəziyyətlə bağlı prezident Ərdoğana bəzi təkliflər də səsləndirib. B.Arınç belə kritik dövrdə mülki və rəsmi qurumlarda xidmət çatışmazlığının olduğunu deyib. Həmçinin, yanğının olub-olmadığını ortaya çıxarmaq, yanğınların necə və hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq, suallara cavab vermək üçün Dövlət Müşahidə Şurasının təyin edilməsini vacib sayıb: “Ölkəmizin müxtəlf yerlərində baş verən meşə yanğınlarını və törətdikləri dağıntıları dərin kədərlə izləyirəm. Allah itirilən vətəndaşlarımıza, meşə üzvlərinə və xilasetmə qruplarına rəhmət eləsin. Sevgili millətimizə başsağlığı verirəm. Bu həssas prosesdə edilən fərdi səhvlərin siyasi quruluşla yanğından zərər çəkmiş vətəndaşlarımız arasındakı sevgi bağına zərər vurduğu açıqdır. Yanğınların baş verməsində səhlənkarlığın və niyyətin olub-olmamasından asılı olmayaraq alınan tədbirlər yetərli deyildi. Bunu öyrənmək üçün Dövlət Müşahidə Şurası təyin edilməlidir. Bu məsələ araşdırılmalı və hesabat ictimaiyyətlə paylaşılmalıdır”.
B.Arınç daha sonra qeyd edib ki, insanların problemlərini həll etmək, tələb və istəklərini yerinə yetirmək mexanizmi olmalıdır. Bu mexanizm isə bir çox fərqli orqan və təşkilatdan ibarətdir: “Prezidentlik sistemini bəhanə edərək hər hadisədə birbaşa olaraq prezidenti hədəfə almaq düzgün deyil.
Aidiyyəti qurum və təşkilatlar tənqid mərkəzində olmalıdır. Sözügedən qurum təyin edilməzsə, bütün səhvlər, pis əməllər, səhlənkarlıq və səhvlər birbaşa prezidentə yönəldiləcək. Bu vəziyyət prezidentin şəxsiyyətinə və Prezident Hökumət Sisteminə zərər verəcək”.
B.Arınç qeyd edib ki, qarşıdurma mühitinə, bu cür hərəkətlərə qarşı alınacaq ən böyük tədbir, əvvəlcədən lazımi məlumatları əldə edərək ambisiyaları yox etməkdir: “Bu məsələdə ən kiçik zəiflik belə, cəmiyyətimizə düzəlməz zərər verə bilər. Bu cür hərəkətlərin son məqsədi olan milli birliyə və bütövlüyə xələl gətirmək cəhdlərinə qarşı həssas olmalıyıq. Burda ən böyük məsuliyyət siyasətçilərin üzərinə düşür”.
Nigar