ATƏT Rusiyadak keçirilən parlament seçkilərini müşahidə etməyəcək

 

ATƏT Rusiyadak keçirilən parlament seçkilərini müşahidə etməyəcək 
 

Paralel.az RİA Novosti-a istinadən xəbər verir ki, müşahidəçilərin sayının məhdudlaşdırılması tələblərinə görə ATƏT Rusiyada keçiriləcək parlament seçkilərini  müşahidə etməyəcək.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Matteo Mecacci bununla bağlı bəyanatda bildirib: "Çox təəssüf edirik ki, Rusiyadakı qarşıdan gələn seçkiləri müşahidə edə bilməyəcəyik. Effektiv və etibarlı müşahidə üçün ehtiyac duydulan müşahidəçilərin sayını müstəqil olaraq müəyyən etmək hər bir beynəlxalq müşahidəçı üçün vacibdir. Pandemiya ilə əlaqədar heç bir məhdudiyyət olmadan göndərə biləcəyimiz müşahidəçilərin sayını məhdudlaşdırmaqda Moskvanın israrlı olması, təəssüf ki, bugünkü addımı qaçılmaz etdi ".
Bəyanatda deyilir ki, ATƏT və ATƏT PA 17-19 sentyabr səsvermələrini izləməyə dəvət olunub, lakin sonradan müvafiq olaraq 50 və 10 müşahidəçi ilə məhdudlaşdırılıb. Bəyanatda o da qeyd edilir ki, Rusiya müşahidəçilərin məhdudlaşdırılmasına səbəb kimi ölkədəki sanitar-epidemioloji vəziyyəti göstərir.

Akif

0.016144990921021