Erməni mətbuatı mənfur açıqlamalardan əl çəkmir
Paralel.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan ombudsman Arman Tatoyanla sərhəd sakinlərinin hüquqlarının qorunması kontekstində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib. Erməni mətbuatına görə, Tatoyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən Syunikdə sistematik olaraq mal-qara oğurlanması barədə məlumat verib. Ermənistan mediası prezidentin mətbuat xidmətinə istinadən, Tatoyanın Geqarkunik, Ararat və Syunik bölgələrinə səfərlərinin nəticələrini təqdim edib. Ombudsmanın təqdimatına görə, Azərbaycan Silahlı Qüvvələri sərhəd sakinlərinin hüquqlarını pozmağa və atəş açmağa təhrik etməyə davam edir. Ermənistan Silahlı Qüvvələri isə əhalini qorumaq funksiyasını yerinə yetirir.
Tatoyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozuntu faktları artıq Ermənistanda fəaliyyət göstərən beynəlxalq strukturlara və akkreditə olunmuş diplomatik nümayəndəliklərə təqdim olunub. Daha sonra qeyd edilib ki, avqustun 4-də saat 11:00-da Ermənistan-Azərbaycan sərhədində, Geqarkunik istiqamətində qarşı tərəfin PUA-nı Ermənistanın hava sahəsinə daxil etmək cəhdi qeydə alınıb. Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin hərəkətləri nəticəsində isə bu cəhdin qarşısı alınıb.
Nigar