Seyran Ohanyan: Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası indiki şəraitdə təhlükəlidir
İndiki şəraitdə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası həm Ermənistan, həm də Qarabağ üçün təhlükəlidir.
Paralel.az Report Armeniya-ya istinadən xəbər verir ki, bunu müxalif "Ermənistan" blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistanın yeni seçilmiş Milli Assambleyasının xüsusi iclasında üç vitse-spikerdən birinin vəzifəsinə namizədliyin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu gün sərhədlərin delimitasiyası və demarkasiyasını aparmaq üçün heç bir şərait yoxdur, bu prosesə sülhün qorunması üçün bütün şərait yaradıldıqda başlamaq lazımdır: “Təhlükənin olması həm Ermənistana, həm də Qarabağa aiddir. Delimitasiya və demarkasiya Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur ki, bu Qarabağ üçün dərhal təhlükə yaradır. Buna tələsik gedə bilmərik".
Akif