Keçmiş müdafiə naziri Aprel döyüşlərində kəşfiyyat probleminin olmadığını deyir
Paralel.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri 2016-cı ilin Aprel döyüşləri zamanı kəşfiyyatla bağlı heç bir problemin olmadığını deyib. Ermənistanın keçmiş müdafiə naziri və “Hayastan” (Ermənistan) blok fraksiyasının rəhbəri Seyran Ohanyan bu barədə jurnalistlərə açıqlama verib. O, Aprel döyüşləri zamanı strateji və əməliyyat-taktiki səviyyədə heç bir problemin yaşanmadığını söyləyib. Jurnalistlərin Sarkisyanın sözlərini necə şərh edə biləcəyi sualını isə Ohanyan eşitmədiyini deyib. Qeyd edək ki, Sarkisyan yaxınlaşan irimiqyaslı hadisələrdən Ermənistan tərəfinin xəbəri olmadığını iddia edirdi. Onun sözlərinə görə, təxribat hərəkətləri ilə bağlı ilkin məlumatlar yalnız 1 apreldə ortaya çıxıb. Erməni mediası xatırladıb ki, 2 aprel 2016-cı ildə ən ciddi eskalasiya
1994-cü ildə atəşkəsdən sonra Qarabağ münaqişəsi zonasında baş verib. Mətbuat Azərbaycanın başladığı hərbi əməliyyatların aprelin 5-dək davam etdiyini və həmin gün Moskvada, Rusiya müdafiə naziri Sergey Şoyqunun köməyi ilə tərəflərin hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəldiyini yazıb.
Nigar