“Yüksək riskli ölkələr” in siyahısı
Paralel.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları 16 ölkəni və əlavə bir neçəsini yeni tip koronavirusla (Covid-19) əlaqədar “yüksək riskli ölkələr” siyahısına daxil etdi.
ABŞ Həstəlik İdarəetmə və Tədbirlər Mərkəzi (CDC) aralarında Yunanıstan, İrlandiya, Liviya və İranın da olduğu 16 ölkə və bir neçəsini “Covid-19” epidemiyası səbəbindən "Bütün səyahətlərdən uzaq olun" tövsiyəsinin verildiyi "Yüksək riskli ölkələr" siyahısına saldı.
CDC-in "4-cü səviyyə" adlanan bu siyahısına əlavə etdiyi ölkələr Andorra, Yunanıstan, İran, İrlandiya, Qazaxıstan, Liviya, Malta, Lesoto ilə Kürasao (Hollandiya antil adaları), Cəbbəlitarık, Qvadelupa, Man adası, Martinika, Sen-Bartelemi (Saint Barthelemy), ABŞ-ın Virciniya adaları və Sen-Marten (Saint Martın) adalarıdır.
Sözügedən ölkə və adalara səyahət “Covid-19” yoluxma hallarının yüksək olmasına görə risk yaratdığı üçün CDC bu yerlərə səyahətdən uzaq olmağı tapşırır.
Şahnaz