Sosial media üzərindən R.T.Ərdoğan bu sözləri paylaşdı

Sosial media üzərindən R.T.Ərdoğan bu sözləri paylaşdı
 

Paralel.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin meşə yanğınlarıyla mübarizəsinə dəstək verən dövlət və təşkilatlara təşəkkür etdi.

Sosial media üzərindən Ərdoğan bu sözləri yazıb: “Meşə yanğınlarıyla mübarizəmizdə dəstəyini, “keçmiş olsun” diləklərini, başsağlığılarını çatdıran, köməyə hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşaallah, bu çətin müddəti ən qısa müddətdə sovuşduracağıq. 
Xüsusilə ilk andan etibarən dəstəklərini əsirgəməyən Can Azərbaycanın prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İspaniyanın baş naziri Pedro Sançes, İran prezidenti İbrahim Rəisi, Qətər əmiri Şeyx Təmim, Xorvatiya prezidenti Zoran Milanoviç və Ukrayna prezidenti Vladimir Zelenskiyə Türkiyə adından təşəkkür edirəm”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 3-də paytaxt Ankarada Dövlət Məlumat Koordinasiya Mərkəzində (Devlet Bilgi Koordinasyon Merkezi) meşə yanğınlarıyla əlaqədar yığıncağa sədrlik edib. O, Prezident Administrasiyasındakı mərkəzdə böyük ekranda əks etdirilən görüntülər vasitəsilə yanğın bölgələrindəki son vəziyyət haqqında səlahiyyətlilərdən məlumat alıb.
Xatırladaq ki, Türkiyə Egey və Aralıq dənizi bölgələrindəki meşə yanğınlarıyla 7 gündür ki, mücadilə aparır.

0.017184972763062