V. Jirinovski: "Söz azadlığından xəbərləri yoxdur"
Bir diktatorun vassalının başqasını "diktator" adlandırmağa mənəvi haqqı yoxdur
Paralel.az xəbər verir ki, artıq Vladimir Jirinovskinin məlum çıxışı Rusiya və Azərbaycan mediasının əsas müzakirə mövzusuna çevrilib. Doğrudanda V.Jirinovskinin çıxışı həm beynəlxalq hüquq baxımından, həm də iki dövlət arasındakı münasibətlər baxımından Rusiyanı hegemonluğa çağrış kimi qiymətləndirilməlidir. O, bunu söz azadlığı ilə pərdələməyə çalışsa da, bu çıxış söz azadlığı əndazəsini aşır. Belə bir deyim var, sənin yumruğunun azadlığı mənim burnuma dəyənə qədərdir, həmin nöqtədə sənin yümruğunun azadlığı məhdudlaşır. Baxın, Vladimir Jirinovıski bir çıxışı ilə Rusiyanı 15 dövlətin ərazi bütövlüyünü pozmağa, onların ərazisinin zəbt edilməsinə çağırır. Bu siyasi sərsəmlikdir, beynəlxalq hüququn pozulmasıdır.
Digər təroəfdən, Jirinovskinin diktaturadan xoşu gəlmirsə, ona qarşı mübarizə aparırsa, nə üçün 20 ildir Putin diktaturasına qarşı susur, hətta, ona xidmət edir, töhfə verir? Yalnız Putin dirijor kimi çubuğunu hansı tərəvfə uzatsa, Jirinovskı o tərəfə hücum edir. Bir diktatorun vassalının başqasını "diktator" adlandırmağa mənəvi haqqı yoxdur.
Qazeta.ru yazır ki, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri, deputat Vladimir Jirinovskinin fikirləri Bakının narazılığına səbəb olub: "Azərbaycanlı diplomatlar onun açıqlamalarını qərəzli və təhqiredici hesab ediblər. Siyasətçinin özü hesab edir ki, o, yalnız Azərbaycan Prezidenti İlham Əliyevin "vəzifəsini itirdiyini" başa düşdüyünü söyləyib".
Sayt yazır ki, Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovskinin qərəzli və təhqiredici açıqlamaları səbəbindən Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilini Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıb.
Siyasətçi "Komsomolskaya Pravda" radiosunun efirində Cənubi Qafqazın Moskvanın təsir zonası olduğunu iddia edir. Jirinovski Rusiya hərbçilərinin Dağlıq Qarabağ bölgəsində tam təhlükəsiz vəziyyətdə olması üçün Bakıya təsir etməyi təklif etdi.
Bundan əlavə, o, "Rusiya İmperiyası və Sovet İttifaqının bütün ərazilərinə qayıtması"nın zəruriliyini bildirib. Bu sözləri o, Rusiyanın Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişəsinə niyə müdaxilə etməsi sualına cavabında deyib.
Jirinovski Azərbaycan rəhbəri İlham Əliyevin "ölkədə diktatura olduğu və kifayət qədər müxalif qüvvələrin mövcudluğundan dolayı vəzifəsini itirəcəyini" başa düşdüyü fikrini də ifadə etdi. Onun fikrincə, Ermənistanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi, yalnız Rusiya Əliyevi xilas edə bilər.
Azərbaycan XİN-in Rusiya tərəfinə təqdim etdiyi notada deyilir: "1 Avqust 2021-ci ildə Rusiya Federasiyasının ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət edildi. Görüş zamanı müvəqqəti işlər vəkili Rusiya Federasiyası Dövlət Duması deputatının qərəzli və təhqiredici bəyanatları ilə əlaqədar ciddi narahatlıq və etirazlar onun diqqətinə çatdırıldı."
Azərbaycanlı diplomatlar Rusiya Dövlət Dumasında təmsil olunan şəxsin davranışının nəinki etikadan kənar olduğunu, həm də iki dövlət arasındakı dostluq və strateji tərəfdaşlıq ruhuna uyğun olmadığını vurğulayıblar. Bundan əlavə, rəsmi Bakı qeyd edib ki, ölkələrin münasibətlərinə ziyan vurmaq üçün hazırlanmış məsuliyyətsiz və təxribatçı bəyanatların dərc edilməsi qəbuledilməzdir.
Öz növbəsində, RLDP rəhbəri Vladimir Jirinovski TASS-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevi yüksək qiymətləndirdiyini etiraf etsə də, şəxsi fikrini ifadə etmək hüququna malik olduğunu qeyd edib: “Biz oradayıq (Cənubi Qafqaz bölgəsindəyik), çünki bunu bizdən istəyiblər. Mən və RLDP bunun əleyhinəyik, probleminizi özünüz ayırd edəydiniz. Belə olan halda hansı etiraz notasından söhbət gedə bilər?"
Siyasətçinin sözlərinə görə, o, dəfələrlə İlham Əliyevi müdrik lider adlandırıb: "Atası Heydər Əliyev daha yaxşı idi. Həm İlham Əliyevi, həm də atasını təriflədim. Bəzi məmurlar bunu yaxşı başa düşməyərək müvəqqəti işlər vəkilinə bir etiraz notası verməyi qərar aldılarsa, deməli, onların söz azadlığından xəbərləri yoxdurmu?"
Bu hadisə haqqında danışan millət vəkili siyasətçilərin Amerika liderlərinə münasibətini xatırlatdı: "ABŞ prezidenti Co Baydenə axmaq deyirlər, Trampın sifətini əzib, səsini batırırlar, amma heç kim etiraz notası vermir. Belə çıxıp ki, mən danışanda düşünməliyəm ki, Bakıya toxunmaq olmaz, yoxsa etiraz notası verər, Ermənistana toxunmayım, yoxsa küsər. Ümumiyyətlə hamımız onların hərəkətlərinə susmalı və onları tərifləməliyik?"
Sonda qeyd etmək istərdik ki, görəsən nədən söz azadlığı mövzusundan danışan Jirinovska misalları Rusiyadan deyil, məhz onlara düşmən olan Amerikadan gətirir? Çünki Rusiyada belə bir dənə də olsun nümunə yoxdur, müxalifət lideri Aleksey Navalni Putini tənqid etdiyinə görə həbsxanadadır.
Akif Nəsirli