40 milyon insan aclığın astanasındadır
Sonu görünməyən pandemiya, çoxsaylı silahlı münaqişlər dünyanın müxtəlif bölgələrin aclığa gətirib çıxaran əsas səbəblərdir. Ərzaq çatışmazlığı təhlükəsi bu ilin avqust-noyabr ayları aralığında daha təhlükəli həddə çatar və dünyanın 40 milyon insan yaşayan 26 bölgəsi bu acınacaqlı durumla üzüzə qala bilər.
Paralel.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının 30 iyulda yaydığı hesabatda bildirilir.
Hesabatda deyilir ki, xüsusilə Əfqanıstan, Nigeriya, Myanma, Haiti, Kolumbiya, Suriya və Şimali Koreyada vəziyyət daha təhlükəlidir. Təşkilat gözlənilən aclığın qarşısını almaq üçün hökumətlərə tövsiyyə edir ki, kömrük keçid məntəqələrində ərzaq maşınlarının keçməsi prosedurun maksimum sadələşdirsinlər, lüzumsuz yoxlanışları aradan qaldırsınlar ki, insanlar lazım olan humanitar yardımı vaxtında ala bilsinlər.
Təşkilatın direktoru Devid Bizlin hesabatında deyilir ki, hazırda təxirəsalınmaz tədbirlər görülməsə və yardım vaxtında çatdırılmasa 41 milyon insan aclıqdan tələf ola bilər.
Səma