Koronavirusun “super variantı” meydana çıxa bilər

 

 

Koronavirusun “super variantı” meydana çıxa bilər  
 

Paralel.az xəbər verir ki, koronavirus epidemiyası ilə mübarizədən təxminən 2 il keçib. Türkiyə mətbuatının yazdığına görə, dünyada 196 milyondan çox insan bu xəstəliyə yoluxub, ölüm sayı isə 4 milyonu keçib. Türkiyədə koronavirusdan ölənlərin ümumi sayının 5 milyonu keçdiyi, 50 mindən çox insanın isə həyatını itirdiyi qeyd edilib.
Xəbərə görə, koronavirus son vaxtlar müxtəlif variantlarla gündəmə gəlir. Bu variantlardan ən diqqət çəkəni isə ÜST-ün “narahat”lıqla xarakterizə etdiyi “Delta” variantıdır. Ancaq “Delta” dünyanın gündəmində olan yeganə variant deyil.
Məlumata görə, İngiltərədə fövqəladə hallar üzrə Elmi Məsləhətçi Qrupu koronavirusun ortaya çıxa biləcək yeni variantlarıyla bağlı yeni hesabat dərc edib. “SARS-CoV-2-nin uzunmüddətli dəyişikliyi” adlı araşdırmada mümkün ssenarilər araşdırılarkən, ən pis ssenarinin hansı olduğu söylənilib. Alfa, Beta, Delta və Qammanın bir çox yoluxucu və ölümcül variantlarının birləşərək “super variant”ın ortaya çıxdığı qeyd edilib. Hesabata görə, yeni koronavirus variantının ölüm nisbəti 35 faiz olan MERS qədər ölümcül ola biləcəyi mümkündür. Elm adamları daha ölümcül bir variantın olmaq ehtimalının “real bir ehtimal” olduğunu və İngiltərəyə böyük təsir göstərəcəyini qeyd ediblər. Hökumətə məsləhət verən alimlərin hazırladığı hesabatda sözügedən mutasiyanın vaksinlərə və dərmanlara qarşı daha davamlı ola biləcəyi də vurğulanıb. Həmçinin, bu virusun soyuqdəyməyə səbəb olan digər insan koronavirusları kimi olacağı da deyilib.

Nigar

0.021950006484985