Telefona nömrə qoşulmamış sıradan çıxıb

 

 

Telefona nömrə qoşulmamış sıradan çıxıb  
 

Paralel.az xəbər verir ki,Bakının Nizami rayonu, A.Manafov küçəsi 9, mənzil 25 sakini Zəminə Qurbanəliyeva problemlə üzləşib. AİB-ə ünvanladığı şikayətdə vətəndaş bildirib: “Mən 17.04.2021- ci il tarixində “Kontakt Home” mağazalar şəbəkəsinin Bakıxanov ofisindən “Samsung Galaxy S20FE” modelli mobil telefon almışam. 1260 manat qiymətə olan telefonun pulunu nağd şəkildə ödəmişəm və mənə müvafiq zəmanət verilib. Aldığım mobil telefonu zərurət olmadığından, iyul ayının 26-na qədər istifadə etmədim. İyul ayının 26-da isə telefonla övladımın şəkillərini çəkmişəm. Telefonu cərəyana qoşanda qızdığı üçün dərhal onu götürüb “Kontakt Home”nin Bakıxanov ofisinə yaxınlaşdım. Telefonda olan problem barədə məlumat verdim və onun yenisi ilə əvəz olunmasını xahiş etdim. Onlara bildirdim ki, bu telefondan istifadə etməmişəm, yalnız bir gün istifadə olunub və nömrə belə taxılmayıb. Mən ümumiyyətlə, həyatım boyu ilk dəfə idi ki, özüm telefon alırdım və o səbəbdən də şərtlər barədə məlumatlı deyildim.
Dükandan məni “Neftçilər” metrosu ərazisində yerləşən servisə göndərdilər. Mənə telefonu dəyişdirə bilməyəcəklərini və yalnız təmir edə biləcəklərini dedilər. Mənim telefondan həqiqətən də istifadə etməməyim cihazdakı məlumatlarla dəqiqləşdirilə bilər. Aldığım telefonu qaytarmaq istəmirəm, sadəcə, yenisi ilə əvəz etmək istəyirəm. Telefonu istifadə etməmişəmsə, bu halda telefonda olan nasazlıq mənim günahım deyil, “Kontakt Home”nin həll etməli olduğu məsələdir.
Mən zavod problemi olan telefonun təmir deyil, yenisi ilə əvəz olunmasını istəyirəm. Xahiş edirəm, telefon ya qüsursuz, təzə telefonla dəyişdirilsin, ya da ödədiyim 1260 manat mənə qaytarılsın”.

Nigar

0.017946004867554