Puşilin Ukraynanın bir dövlət kimi mövcud olmayacağını iddia edir
Paralel.az xəbər verir ki, özünü Donetsk Xalq Respublikasının rəhbəri elan edən Denis Puşilin Ukraynanın bir dövlət kimi mövcud ola bilməyəcəyini söyləyib. Ria.Novostinin xəbərinə görə, o, əslində nə Krımın, nə də Donbasın var olduğunu deyib: “Sizə deyim ki, bu, yalnız başlanğıcdır. Bütün bunlar nəticədə, Ukraynanın bir dövlət kimi sadəcə olaraq, var olmayacağına gətirib çıxaracaq bir mövcudluqdur”.
Qeyd edək ki, iyulun 1-də Ukrayna Parlamenti, prezident Vladimir Zelenskinin təşəbbüsü ilə Ukraynanın yerli xalqları haqqında qanun qəbul edib. Xəbərə görə, ruslar yerli xalqlar siyahısına daxil edilməyib. Sözügedən qanun layihəsinin də yerli əhalinin
əyalətdəki hüquqlarını və onların həyata keçirilməsinin xüsusiyyətlərini müəyyən etdiyi deyilir.
Nigar