TÜRKİYƏMİ ALLAH QORUSUN!

TÜRKİYƏMİ ALLAH QORUSUN!
 

Qardaş Türkiyəmizdə baş verən üzücü hadisədən mütəəsir olan Təvəkkül Goruslu duyğularını belə qələmə alıb: 

Meşələr, ormanlar püskürən vulkan,
Yaxdıqca yandırır, verməyir aman,
Burda yaranışın əksinə zaman!
Bir yanda od - alov, bir yanda sel -su,
Mənim Türkiyəmi Allah qorusun!

İçimdə qardaşlıq, doğmalıq dindi,
Ciyərim od tutub alışır indi,
Uzaqdan seyr etmək dərddi, çətindi,
Bir yanda od - alov, bir yanda sel - su,
Mənim Türkiyəmi Allah qorusun!

Yaxınlar dərd içrə, sevinir düşmən,
Bütün Azərbaycan od tutub cismən,
Qardaşa köməyə yetişək həmən,
Bir yanda od -alov, bir yanda sel - su,
Mənim Türkiyəmi Allah qorusun!

Neçə bəlaları atlatdı keçdi,
Zəfərin müzəffər yolunu seçdi,
Sonunda qələbə meyini içdi,
Bir yanda od -alov, bir yanda sel - su,
Mənim Türkiyəmi Allah qorusun!
 
01. 08 .2021
 
 

 

0.047617197036743