Allahın, insanların, torpağın, suyun əməyini yandıranlara cavab
Siraceddin Haci yazır: -Böyük Türkiyəmizdə Allahın, insanların, quşların, ağacların, heyvanların, çiçəklərin, böcəklərin, torpağın, suyun əməyini yandıranlara bir Türk şairi Derya Cesur bu şeirlə cavab vermişdir:
Deyək ki, biz öldük, siz qaldınız.
Deyək ki, qurudu ormanlar,
çaylar, yuvalarında quşlar.
Deyək ki, atəş olub küllər üfürdünüz
məmləkətə.
Baxdınız, qalmamış yandıracaq tək bir ağac,
sönməyən ocaq, axacaq tək damla göz yaşı.
Sonra?
Keçib ortasına ölümün toymu quracaqsınız?
Deyək ki, qurdunuz, küldən ağaclar, uçmayan quşlar,
ağılar, bu acı yaslar sarımışkən torpağı,
xoşbəxtmi olacaqsınız?
Bizə nəsib olan bu qədər qəlb ağrısından,
sizə dadlı hüzurlar qalarmı deyirsiniz?
Yazıq! Davaya ibadət deyə-deyə,
torpağına xəyanət edənsiniz,
lakin unutmaz torpaq, görəcəksiniz.
Yandıran, yıxan, pozan,ölüm saçan əllərinizdən
ayırmayın gözünüzü, Onlar boğacaq sizi.
Yavaş və acı içində kəsiləcək nəfəsiniz,
hələ gəlmədən əcəliniz...