ABŞ-da 160 milyondan çox insan COVID-19 əleyhinə tam peyvənd olunub

ABŞ-da 160 milyondan çox insan COVID-19 əleyhinə tam peyvənd olunub
 

Paralel.az xəbər verir ki, ABŞ -da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, Moskva vaxtı ilə 31 iyul, günorta saatlarına qədər 164.446.964 nəfərə koronavirusa qarşı tam peyvənd vurulub.
ABŞ-da istifadə edilən "Moderna" və "Pfizer" peyvəndlərinin ilk iki dozası, eyni zamanda "Johnson & Johnson"dan birdəfəlik peyvənd 190.982.149 nəfərə vurulub.(iNTERFAX)
Ümumiyyətlə, ölkədə 345 640 466 dozadan artıq peyvənd istifadə edilib. 400 675 525 doza peyvənd artıq istifadə edilib.
Amerika Birləşmiş Ştatları koronavirusa yoluxmuş və infeksiyanın nəticələrindən ölən insanların sayına görə dünyada lider olmağa davam edir.
Amerika Johns Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından iyulun sonuna qədər ölkədə 34 971 597 insan COVID-19-a yoluxub ki,  ondan 613 133 ölüm faktı qeydə alınıb.

Akif

0.018338203430176