Deputatın məsələsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb
Paralel.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb.
Sessiyanın ilk plenar iclasının avqustun 3-də keçilməsi nəzərdə tutulur. İclasda deputat Eldəniz Səlimovun məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.