Meteor yağışları göydə bayram ovqatı yaradacaq

 

 

Meteor yağışları göydə bayram ovqatı yaradacaq  
 

Paralel.az xəbər verir ki, Ege Universiteti Rəsədxanasının direktoru Hasan Ali Dal dünən gecə göydən meteor düşməsi ilə əlaqədar açıqlama verib. Türkiyə mətbuatı xəbər verir ki, H.A.Dal davam edən perseid meteor yağışları səbəbiylə avqust ayında göydə vizual bir bayram olacağını da deyib. O, gecə baş verən hadisənin perseid meteor yağışının bir hissəsi olduğunu qeyd edərək, onun yaxın günlərdə artacağını söyləyib.

İzmirdən görünən meteoritin yerə enmədiyini də vurğulayan mütəxəssis, onun göydə parçalandığını söyləyib. 13-14 avqust tarixlərində meteor yağmurunun maksimum səviyyəyə çatacağını vurğulayan H.A.Dal, meteor yağışının əvvəl və sonda saatda 5-10 meteor görünəcəyini, 13-14 avqustda isə saatda 60 metrə çatacağını söyləyib: “Tam bir vizual ziyafət olacaq, saat 22:00-dan sonra göyə baxmaq lazımdır”.

Xəbərdə o da qeyd edilib ki, İzmirdə və ətrafda cib telefonu kameraları ilə görüntülər çəkilib. Meteorit düşdüyü iddia edilən görüntülərdən sonra bəzi insanlar çəkdikləri şəkilləri sosial mediada paylaşıb. İzmir və ətraf əyalətlərdə Twitter istifadəçiləri yüksək səs və işığın göründüyünü də iddia ediblər. Lakin məsələylə bağlı rəsmi açıqlama verilməyib.

Nigar

0.087883949279785