Merkelin yeni bioqrafiyasında nədən yazılıb?

 

 

Merkelin yeni bioqrafiyasında nədən yazılıb?  
 

Paralel.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə 2014-cü ildə Ukrayna böhranı ilə əlaqədar çoxsaylı telefon danışığı keçirib. Rusiya mətbuatı yazır ki, liderlər çox açıq danışaraq, hətta yüksək tonlara keçiblər. Bunu Almaniyada nəşr olunan Almaniya kanslerinin yeni tərcümeyi-halında tarixçi-jurnalist Ralf Bollman qeyd edib.

“Angela Merkel. Kansler və onun dövrü” adlı 800 səhifədən çox kitabda müxtəlif məqamlar yer alıb. Əsər Almaniya hökumətinin başçısı və Avropanın baş “böhran meneceri”nin fəaliyyətinə xüsusi diqqət yetirərək, “dünyanın ən nüfuzlu qadın siyasətçisi”nin doğumundan 2021-ci ilin əvvəlinə qədər olan həyatını əhatə edir. Bioqraf qeyd edib ki, 2014 -cü ildə Almaniya kansleri “on dəfələrlə” Rusiya prezidentinə zəng edib, lakin Almaniya

hökumətinin mətbuat xidməti yalnız 27 söhbətə dair rəsmi açıqlamalar verib. Yeni tərcümeyi-halında belə qeyd edilib: “Uğur qazanma şansının olmaması səbəbindən, Merkel şəxsən Moskvaya getmək istəmədi. Putin tərəfindən ona çox böyük alçaldılma riski görünürdü”.

Daha sonra qeyd edilib ki, 2014-cü ildə iki lider arasındakı telefon danışıqları tez-tez duel xarakteri daşıyırdı, Putin çox, bəzən sonsuz, telefon söhbətinin yarısından çoxunu danışırdı. Bu söhbətlərin əsəbi, emosional partlayış həddində olduğu da söylənilib. Merkelin tərcümeyi-hal kitabında qeyd edilib ki, kansler və prezident bir-biri ilə üz-üzə danışmasalar da, biri digərinin üzünü telefonda görə bilməsi bəlkə daha asan olardı: “Onlar hər ikisi bir-biri ilə açıq danışırdı, başqa sözlə, bəzən hətta qışqırırdılar” - Almaniya kanslerinin bioqrafı yazır.

Bioqrafiyada deyilib ki, həmsöhbətlər bir -birinə dəfələrlə eyni arqumentləri veriblər, eyni bəhanələri səbrlə dinləyiblər, çox çətinliklə razılaşdırılmış sənədlərdə quru formullara istinad ediblər. Müəllif yazır ki, Merkel bu danışıqlarda siyasi rəqibləri ilə ünsiyyət qurmaqla bağlı bütün təcrübə və taktikasından istifadə edib: “Roland Kox, Silvio Berluskoni kimi rəqiblər onu siyasi məzmun baxımından deyil, danışıqlar taktikası baxımından Vladimir Putinlə qarşıdurmaya hazırlayıb”. Daha sonra qeyd edilib ki, Merkel və Putin bir-birinə hörmət etməyi öyrənəndən sonra da söhbətlərinin xoş ovqatda olması çətin məsələdir.

Nigar

0.018219947814941