Ermənilər yenə cücəni filə "çevirməklə" məsğuldur
Paralel.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Ketrin Klark öz Twitter səhifəsində Azərbaycan Ordusun qoşunlarını Ermənistandan dərhal çıxarmağa çağırıb: "Azərbaycan Silahlı Qüvvələri dərhal Ermənistan ərazisini tərk etməli və çoxlu sayda insanın həyatına son qoymuş zorakılığı dayandırmalıdır".
Sayt sevincək yazır ki, qürurla qeyd edək ki, konqresmen Frank Pallone tərəfindən ABŞ -ın Azərbaycana hərbi yardımını məhdudlaşdıran qanun layihəsinin lehinə səs vermişdir: "Qanunvericilərin - həm Demokratların, həm də Respublikaçıların dəstəklədiyi başqa bir sənəddə göstərilir ki, gələn il Azərbaycanın Beynəlxalq Hərbi Təhsil və Yenidən Hazırlıq, həmçinin Xarici Müdafiəni Maliyyələşdirmə proqramları çərçivəsində maliyyə yardımı ala bilməyəcək. Bu iki proqram ilə keçən il Azərbaycan Vaşinqtondan 1 milyon 600 min dollar yardım aldı".
Birincisi, Ketrin Klarkın Twitter səhifəsi rəsmi məkan deyil, burada hər bir vətəndaş öz fikrini yaza bilər, o cümlədən də ÂBŞ-ın millət vəkilləri. İkincisi Azərbaycan Ordusu Ermənistan ərazisində deyil, o Ermənistan ordusudur ki, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayıb. Ketrin Klarkın dediklərinin isə yalan olduğunu o, özü çox gözəl bilir, elə ona görə də xanım Ketrin bu ifadələri Nümayəndələr palatasının iclasında deyil, məhz sosial şəbəkədə deyib. Əsas səbəb isə erməni əsilli eloktoratı əldə saxlamaqdır. Üçüncüsü, 1,6 milyon dollar Ermənistan üçün böyük pul olsa da, Azərbaycan dövlət büdcəsinin bir maddəsi üžrə sair xərcləri dəfələrlə bu məbləğdən çoxdur. Digər tərəfdən, bu məsələdə Azərbaycanın əleyhinə yalnız bir ermənipərəst konqresmen çıxış edib. Konqresin isə 545 üzvü var. Bizim təbirimizcə artıq şərhə ehtiyac yoxdur (Armenpress).
Akif Nəsirli