Azərbaycan təkzib edir

Azərbaycan təkzib edir
 

Paralel.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədində atışma barədə Ermənistanın yaydığı məlumatını təkzib edib.

Şənbə günü Ermənistan Müdafiə Nazirliyi Naxçıvan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin bölmələri arasında atışma baş verdiyini bildirib.
Məlumata görə, iyulun 31-də "saat təxminən 6:30-da" Azərbaycan SQ bölmələri Ermənistan ərazisində yerləşən mövqeləri atəşə tutaraq, texniki vasitələrlə "öz postlarını möhkəmləndirmək üzrə işlər icra etməyə çalışıb".
"Ermənistan tərəfinin cavab tədbirləri nəticəsində qarşı tərəfin atəşi və istehkam işləri dayandırılıb", - məlumatda deyilir.

Azərbaycan tərəfi bu məlumatı təkzib edib.

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb".

Son günlərdə sərhəd bölgəsində atışma hallarının sayı artıb. Hər iki ölkə atəşkəsi pozmaqda bir-birini ittiham edir.

0.016311168670654