Danielyan İranın ürəyini fəth etmək istəyir

Danielyan İranın ürəyini fəth etmək istəyir
 

Paralel.az xəbər verir ki, politoloq Stepan Danielyan news.am-a açıqlamasında deyib ki, İranın nüvə proqramı sürətlə inkişaf edir və bu yaxın gələcəkdə bir həqiqətə çevriləcək, onu yoldan çıxarmağın yeganə yolu böyük bir müharibədir.

Politoloq ritorika sualla xüsusilə qeyd edib ki, İrana qarşı kim müharibə aparacaq: "Görünür bu sualın cavabı açıqdır - yəqin ki, Türkiyə və Azərbaycan. Bu kontekstdə Türkiyə-Azərbaycan hərbi ittifaqının mənasına, həmçinin Azərbaycanın davam edən hərbi satınalmaları və təlimlərinə baxmaq lazımdır. London-Ankara-Bakı-Tel-Əviv oxunun İrana qarşı hərəkət etdiyi aydındır. Yerli azərbaycanlılar və Xuzistan ərəbləri İrana qarşı istifadə ediləcək və İran da öz növbəsində İraqla müharibədə olduğu kimi Türkiyə kürdlərini də aktivləşdirməyə çalışacaq. Kim İranın müttəfiqi olacaq?
Pakistana gəldikdə, suallar var, çünki Çinlə münasibətləri nəzərə alınsa, Çin və Rusiyanın İrana birbaşa dəstək verməsi ehtimalı azdır, amma dolayısı ilə yəqin ki, dəstəkləyəcəklər.
Türkiyə Azərbaycana qoşunlarını və hərbi yüklərini hansı yolla nəql edəcək? Məhz bu kontekstdə Mehri yolunun Azərbaycan üçün əhəmiyyəti nəzərə alınmalıdır.
Aydındır ki, belə bir ssenarinin ehtimalı yüksəkdir, lakin bunun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çətindir, lakin İranın nüvə proqramı probleminin hadisələrin inkişafını sürətləndirdiyi görünür.
Biz nə edəcəyik? Bu artıq hökumətə ünvanlanmalı olan bir sualdır. Nazirlər Kabinetinin öhdəlikləri arasında müxtəlif ssenarilər üçün fəaliyyət proqramları qurmaq və müvafiq siyasəti saxlamaq daxildir. Bizim vəzifəmiz bu mümkün müharibədən uzaq durmaqdır".
Politoloqun Ermənistanın Zəngəzur dəhlizində imtina mövqeyinə muttəfiq  axtarışında qeyri-məntiqi şəkildə İranın üstündə dayandığı aydın görünür. Əsil həqiqətdə isə Zəngəzur dəhlizinin açılması nəyinki yalnız İrana, həm də Ermənistana böyük iqtisadi-siyasi divident gətirəcəyi aydın görünür. Bunu İran tərəfi də çox gözəl bilir və dəhlizin açılmasında marağını dəfələrlə nümayiş etdirib. Erməni politoloqun müxalifətyönlü məntiqi isə "boğulanın saman çöpü sən yapışmasından başqa bir şey deyil. Danilyan absurd əsaslarla, Zəngəzur (Mehri) dəhlizinin açılması ilə İrana qarşı ABŞ-ın təşkil edəcəyi müharibəni eyniləşdirməklə İranı erməni müxalifəti ilə yaxınlaşdırmağa uğursuz cəhd göstərir.

Akif

0.019299030303955