Türkiyədə meşə yanğınları: Azərbaycan yanğınsöndürənləri köməyə gəliblər
Türkiyədə davam edən 98 meşə yanğınından 88-i nəzarət altına alınıb. Bu barədə şənbə günü ölkənin kənd və meşə təsərrüfatı naziri deyib.
Paralel.az xəbər verir ki, Bekir Pakdemirli bu barədə öz Twitterində bildirib:
"10 yanğınla mübarizə səyləri davam edir, nazir yazıb".
Ölkənin 5 bölgəsində tüğyan edən yanğınlar 4 nəfərin ölümünə səbəb olub.
Türkiyəyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət ilk qrupu artıq yanğının söndürülməsində iştirak edir.
"Muğla vilayətinin Marmaris bölgəsində işə başlayan yanğınsöndürənlərimiz yanğının ən qaynar nöqtələrindən birində fəaliyyət göstərirlər".
Yanğının "lokallaşdırılması üçün" yanğınsöndürən helikopterlərdən istifadə olunduğu xəbər verilir.
Azərbaycan Türkiyəyə 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, digər lazımi avadanlıq və ləvazimatların çatdırılacağını bildirib.
Ötən Türkiyə Prezidenti Azərbaycanın ayırdığı təyyarə ilə birlikdə yanğınsöndürmə əməliyyatına cəlb edilən təyyarələrin sayının "6-7-yə çatacağını" deyib.
"Bir az əvvəl apardığımız danışıqlar nəticəsində Azərbaycan da bir amfibiya təyyarəsini göndərəcək və bununla da təyyarə sayı 6-7-yə çatacaq".
Recep Tayyip Erdoğan, Türk Hava Qurumu (THK) təyyarələri ilə bağlı müzakirələrə də toxunaraq, THK-nın əlində yanğınla mübarizədə "asanlıqla istifadə ediləcək" təyyarələrin olmadığını deyib.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri yanğınla mübarizədə irəliləyişin olduğunu deyib. Bekir Pakdemirli Adanada 1, Antalyada 3, Mersində 3, Muğlada 2 və Osmaniyədə 1 yanğının davam etdiyi bildirilir.
Hakimiyyət yanğınların səbəbi ilə əlaqədar istintaqın başlandığını söyləyib.
Meşələrdə çıxan yanğın bəzi bölgələrdə küləyin təsiri ilə yaşayış yerlərinə keçib.
Ötən gün Prezidenti Recep Tayyip Erdoğan deyib ki, "hadisə hərtərəfli araşdırılacaq" və yanğından zərər çəkənlərə "hər cür dəstək göstəriləcək".
Meşə yanğınları ilə bağlı 5 nəfər şübhəli şəxs saxlanılıb.
Yanğının söndürülməsində təyyarə, helikopter, pilotsuz uçan aparat və digər texnikadan istifadə olunur.