Türkiyə fəlakət zönasına çevrildi
Paralel.az xəbər verir ki, Türkiyənin müxtəlif əyalətlərində meşə yanğınları davam edir.
Yanğın yaşayış məntəqələrinə yaxınlaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənubundakı meşə yanğınlarından zərər çəkmiş əraziləri fəlakət zonası elan edib: "Meşə yanğınlarından təsirlənən bölgələrimizi fəlakət bölgəsi elan etdik. Millətimizin yaralarını sağaltmaq, zərərləri aradan qaldırmaq və hər şeyi əvvəlkindən daha yaxşı etmək üçün əlimizdən gələni edəcəyik" dedi Ərdoğan Twitter hesabında bəyanat verib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri Bekir Pakdemirlinin daha əvvəl qeyd etdiyi kimi, son üç gündə 70 meşə yanğını nəzarət altına alındı. Ölkənin cənubunda Adana, Antalya, Muğla, Mersin və Osmaniye vilayətlərində 11 yanğın davam edir.
Yanğın bir neçə otelin boşaldıldığı bölgədə yerləşən məşhur Bodrum və Marmaris kurortlarına ciddi təsir edib. Yanğın söndürüldükdən sonra təxliyə edilən bütün turistlər otellərinə qaytarılıblar.
Akif