Din qardaşlarını ölkələrindən qovdular
“İki həftə dincəlməyə gəldik. Ölkəni görmək, yerli mətbəxi dadmaq istədik. Rusiyadan gəldiyimizi bilən kimi insanların bizə qarşı münasibətləri, baxışları kəskin şəkildə dəyişdi və hər an bir mənfiliklə qarşılaşdıq. Bütün bunların hamısı rus olduğumuza görədir”
Paralel.az xəbər verir ki, bunu rusiyalı turist Anna deyib.
Annanın 31 yaşı var. O Ermənistana istirahət məqsədilə gəlib, lakin oradan xoş əhval-ruhyyədə deyil, məyusluq içərisində geri dönüb (vest.ru). Anna deyir ki, ünvanına tez-tez siyasi mövzularda qınaqlar eşidib:
“Mənimlə müharibədən, siyasətdən niyə danışırlar anlamıram. İki uşağımla tətilə gəldim. Əvəzində Ermənistanda garson və dondurma satıcısı Rusiyanın müharibədə onlara kömək etmədiyindən danışdı. Mən axı bütün bunlara niyə qulaq asmalıyam”.
Rusiyadan Ermənistana istirahətə gələn digər turistlər də burada özlərinə qarşı qəbuledilməz münasibət sərgiləndiyini bildiriblər. Sankt-Peterburqdan olan Kseniya və Aleksandr cütlüyü yerli sakinlər tərəfindən anlaşılmaz ittihamlarla qarşılaşdıqlarını deyirlər: “Bu yayı Gürcüstan və Ermənistanda keçirməyi qərar verdik. Dostumuz Levon bizə Ermənistan haqqında çox şey danışdı və ora getməyimizi məsləhət gördü. Gürcüstanda ləzzətlə vaxt keçirsək də, Ermənistanda üç gündən çox qalmadıq. Təəssüf ki, Rusiyadan gəldiyimizi bilən hər kəs bizim haqqımızda xoşagəlməz fikirlər səsləndirdilər. Bizə qarşı insanların əhval-ruhiyyəsi və baxışları dəyişdi. Hər kəsdən yalnız bir şey eşitdik: “Ruslar bizə xəyanət etdi”, “Rusiya bizi atdı”, “müharibədə məğlub olmağımızda siz günahkarsınız”, “Putin bizi satdı” – deyə gənc cütlük vurğulayıb (vest.ru)
Şahnaz