Deyəsən qələmin "qırıblar"

Deyəsən qələmin
 
Paralel.az xəbər verir ki, parlamentin gənc və dəliqanlı deputatı Eldəniz Səlimov onun pandemiya kontestində eyş-işrət məclisinə müdaxilə edən polis zabitini döyüb. Maraqlıdır ki, başqa vaxt olsaydı polisin özün günahkar çıxarıb, üstəlik üzr istədər və orqandan xaric ederdilər. Amma bu dəfə əksinə oldu. Polis DİN-ə çağrılandan və rəhbərliklə söhbətdən sonra DİN əməkdaşının döyülməsində cinayət tərkibi olduğunu bildirərək, hadisənin araşdırılması və hüquqi qiymət verilməsi üçün Pespublika prokurorluğuna rəsmi müraciət etdi.
Parlamentin intizam komisiyyası da deputatın əməlini müzakirəyə çıxarmağı qərara alıb. Əgər sonuncudan çıxan qərar yalnız tənbehdən ibarət olmayacaqsa, bu, o anlama gələcək ki, deputat E. Səlimovun "qələmin qırıblar". Bu həm də Respubilika prokurorluğuna yaşıl işıq yandırmaq demək olacaq. Ki, sonda E. Səlimov nəinki deputat mandatın itirə, hətta həbs edilə də bilər.
İddiaya görə deputat şənləndiyi məkan onun qohumlarına məxsusdur. Ehtimal etmək olar ki, mandatına güvənən Səlimovun ehtiyac olmadığı halda təpik-yumruğa üstünlük verməsi həm də istirahət məkanları və restoranlarda mütamadi reydlər keçirən polislərin ayağını burdan birdəfəlik kəsmək olub. Amma “gücünü” düzgün hesablamayıb. Çünki indiki stuasiyada ona mandat verdirənin də deputatı açıq müdafiəyə cəsarəti çatmaz.
     Səma
0.015460014343262